“Fərdi təsərrüfatlarda yetişdirilən malların paytaxt bazarlarına çıxmaq şansı...”
“Milli Məclisin deputatı Razi Nurullayev çıxışı zamanı bildirib ki, “Kəndlinin torpağı var, amma bazarı yoxdur. Rəqəmlər göstərir ki, kənd təsərrüfatı məhsullarının satışının 70 faizdən çoxu iri tədarükçülər və topdansatış mərkəzləri vasitəsilə həyata keçirilir. Yəni bazar artıq iri fermerlərin və böyük şirkətlərin əlindədir”.
Adalet.az-a açıqlamasında deputatın fikirlərinə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onun haqlı olduğunu bildirib:
“Deputatın bu fikirləri ilə tam həmfikirəm. Çox təəssüflər olsun ki, ölkədə kooperatsiya haqqında qanun qəbul olunsa da bu işləmədi və yaxud da işləməsinə imkan vermədilər. Bir çox böyük təsərrüfat yaratmaq imkanı olan adamlar kəndlilərdən torpaqları satın aldılar, özləri birləşdirdilər, su mənbələrinə əlçatanlıq azaldı, kooperatsiya qanunları işləmədi, kəndlilər birləşə bilmədi, torpaqları müxtəlif yerlərdə verildi. Ona görə də torpaq resursları böyük fermer təsərrüfatlarının əlində birləşdi”.
E.Hüseynov deyib ki, fərdi təsərrüfatlarda yetişdirilən malların paytaxt bazarlarına çıxmaq şansı yox dərəcəsindədir:
“Çünki paytaxt bazarına çıxan meyvə-tərəvəz “Meyvəli” bazarına gətirilir, orda bazarın ikinci subyekti olan alverçilərin əli isə sənədləşdirilir və Bakı bazarlarına çatdırılır. Kəndlinin isə ora gətirdiyi malları alverçilər qəbul etmirlər. Kəndlilərin fərdi təsərrüfatlarında yetişdirilən meyvə-tərəvəzlər bazar tələbatına uyğun olmur. Böyük təsərrüfatlarda yetişdirilən mallar və xüsusi aqronom, baytar nəzarəti altında olduğu üçün bazar tələbatına da uyğun olur. Fərdi kəndli təsərrüfatında yetişdirilən mallar isə ekoloji təmiz olsa da, lakin ona bazarda yer yoxdur, çünki Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də onlarla fəal işləmir”.
Ekspertin sözlərinə görə, təsadüfi deyil ki, bu ilki dabaq xəstəliyi prosesində də məlum oldu ki, böyük təsərrüfatlara bu xəstəlik demək olar ki, heç bir zərər vurmayıb:
“Fərdi kəndli təsərrüfatlarında dabaq xəstəliyi geniş yayıldı və başqa bir məsələ isə ondan ibarət idi ki, vurulan vaksinlər də keyfiyyətsiz idi. Bir sözlə, fərdi kəndli təsərrüfatları tamam arxa planda qalıb. Onlar nə istehsal edə, nə bazara çıxara bilir. Bazarın üçüncü subyektlərinin, yəni alverçilərin əlindən heç bir imkanları da yoxdur. Çünki onlar istənilən malı boykot edirlər, bəzi istəmədikləri fərdi təsərrüfatlardan mal alınmasına imkan vermirlər. O cümlədən fərdi kəndli təsərrüfatlarında yetişdirilən malların soyuduculara, saxlanma kameralarına əlçatarlığı da aşağı səviyyədədir. Çünki orda da pul tələb olunur və sair. Kəndli bilmir ki, malı neçəyə satacaq və bəri başdan pul vermək onu qane edəcəkmi yoxsa yox. Deputat Razi Nurullayevin fikirləri tamamilə doğrudur və kənd təsərrüfatında böyük dəyişiklik aparılmalıdır. Xüsusən ölkədə aqronom, baytar çatışmazlığı var. Fərdi təsərrüfatlarda yetişdirilən malların keyfiyyətinin artırılması və onların bazarlara çıxarılması çox vacib məsələlərdən biridir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Noyabr 2025 14:17
Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə bir araya gəldi
14 Noyabr 2025 13:15
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Gəncədə keçirilib - FOTOLAR
14 Noyabr 2025 12:52
Xankəndidə mənzillər satışa çıxarılacaq
14 Noyabr 2025 12:15


Bakı -°C

