Tramp dünyaya necə "nümunə" olur?
Cared Kuşner ABŞ prezidenti Donald Trampın qızının əridir. Cared Kuşner Ağ Ev nəzdində yaradılan İnnovasiya idarəsinə rəhbəridir. Əslində mühim dövlət vəzifəsi tutmur. Lakin ABŞ-nin strateji dövlət qərarlarının verilməsində, beynəlxalq danışıqlarda iştirak edir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.
Onun sözlərinə görə, ABŞ tarixində bu ilk hadisədir ki, bir prezident ailə üzvünə mühim vəzifəsi olmadığı təqdirdə strateji istiqamətlərdə fəaliyyət icazə verib:
“Tramp yenə də bir "ilk"ə imza atıb. Cared Kuşnerin atası Belarusda yaşamış yəhudi olub. İkinci Dünya Şavaşından sonra ABŞ-a köçüblər. Atası Çarlz Kuşner fırıldaqçılıq ittihamı ilə həbsə atılıb. Oğlu isə 2016-cı ildə Trampın prezidentlik kampaniyasında iştirak edib. Seçkilərdən sonra Kuşner 2017-ci ildə o, Ağ Evdə baş məsləhətçi təyin olundu və bu, qohumbazlıq iddiası ilə Trampa qarşı tənqidlərə səbəb oldu. Lakin Tramp ABŞ dövlətçilik tarixində Şərq standartlarını, yəni ailə üzvlərini hakimiyyətdə başına toplamağa başlayan ilk prezidentdir. Dünən də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birlikdə Moskvada danışıqlara Cared Kuşner də getmişdi. İndi Ağ Evdə hamını bir sual düşündürür Cared Kuşner ABŞ təmsilçisi olaraq Moskvaya hansı statusla getmişdi?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 May 2026 10:55
"Bitcoin" yenidən ucuzlaşdı
21 May 2026 13:30
Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ
21 May 2026 11:10
“Bu sahədə hələ tam istədiyimiz zirvəyə çatmasaq da...”
20 May 2026 21:07
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
20 May 2026 11:17
Apreldə 174 minə yaxın insan aylıq sosial müavinət alıb
20 May 2026 10:24
"Qanunsuz tikililər üçün edilən amnistiya sosial qayğıları həll etsə də..." - Mikayıl Cabbarov
20 May 2026 10:19
“Bakı-Tbilisi xətti regionun iqtisadi və sosial inteqrasiyası baxımından...”
20 May 2026 10:11


Bakı -°C

