“Bu sərəncam Rusiyanın sülhdə maraqlı olmadığı mesajıdır...”
“Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş ərazilərində yaşayış məntəqələrinin adlarını SSRİ və Çar Rusiyası vaxtında olan adlara dəyişməsi barədə sərəncam imzaladı. Bu sərəncam Rusiyanın sülhdə maraqlı olmadığını və Qərbə bu əraziləri güzəştə getməyəcəyi mesajıdır. Çünki, intensiv danışıqlar prosesində Putinin bu sərəncamı təsadüfi deyil”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bundan əlavə, Rusiya bununla əsas strateji məqsədinin keçmiş Çar Rusiyasının vaxtı ilə işğal etdikləri ərazilərini bərpa etməsidir:
“Çar Rusiyası Azərbaycanı işğal edəndə yaşayış məntəqələrinin adını dəyişmişdi. Eyni analoji siyasət,18-19 əsrin eyni təfəkkürü Kremldə hakimdir. Rusiya Ukraynada taktiki üstünlük əldə edəcəksə, Cənubi Qafqaza ciddi təzyiqlər edəcək. Təsadüfi deyil ki, danışıqlar prosesində ABŞ ilə ortaq məxrəcə gələn Kreml rəhbərliyi Türkiyənin gəmilərini hədəf seçir, Azərbaycan və Ermənistana Yekun sülh müqaviləsini Moskvada bağlanmasına çağırır. Bununla Cənubi Qafqazda öz geosiyasi mövqelərini yenidən möhkəmləndirilməsinə çalışır”.
Politoloq bildirib ki, Rusiya ABŞ və Avropa arasında dərin fikir ayrılıqları yaratsa da, ABŞ Ukraynaya 800 milyon dollar hərbi paket ayırdı:
“Həmçinin Avropa İttifaqı yeni güc kimi həlledici rola çıxır. Rusiya nə qədər istəsə, öz beynəlxalq mövqelərini gücləndirə bilməyəcək. Həmçinin qonşularına qarşı aqressiyası daxili siyasi parçalamaya gətirib çıxara bilər. Onsuz Rusiya -Ukrayna müharibəsinin nəticələri Rusiya cəmiyyətində bir müddətdən sonra mənfi nəticələri ortaya çıxacaq. Bu özünü siyasi və sosial sahədə göstərəcək. 21-ci əsrdə imperiyanı bərpa etmək istiqamətində atılan hərbi addımlar daxildə siyasi təlatümlərə yol açacaq”.
Vasif


Bakı -°C

