“ABŞ-nin İrana hər hansı müdaxiləsi bu ölkədə dəyişiklik istəyənlərin əleyhinə...”
“Vaşinqtonun Venesuellada həyata keçirdiyi hərbi əməliyyat ABŞ-nin çoxqütblü dünya ilə barışmadığını göstərir. Vaşinqton “Monro doktrinası”ndan (ABŞ Prezidenti Ceyms Monronun 1823-cü ildə qəbul etdiyi doktrinaya görə Şimali və Cənubi Amerika ABŞ-ın həyati maraqları çəvçivəsinə aid edilmiş və Avropa ölkələri bu qitələrin işlərinə qarışmamalıydı) çıxış edərək Venesuellanı ram etməyə qərar verib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Vaşinqton eyni prinsiplə 1973-cü ildə Çilidə yerli hərbçilərin əli ilə solçu Prezident Salvador Alyendeni devirmişdi. Salvador Alyende kimi Nikolas Maduro da Amerikaya meydan sulayırdı, ikisinin də sonu oxşar oldu. ABŞ-nin Venesuellada həyata keçirdiyi hərbi əməliyyata və Maduronun həbsinə iki növ reaksiyalar verilib. “Baş verənləri qınayırıq” – deyənlər ABŞ-nin hərbi əməliyyatından narahat olan dövlətlərdir. “Hadisələri diqqətlə izləyirik” – deyənlər isə ABŞ-nin tərəfdaşı və Vaşinqtondan çəkinənlərdir. Bütün hallarda heç bir dövlət, o cümlədən Rusiya və Çin Veneseualla və onun artıq keçmiş lideri Maduroya görə, Donald Trampla qarşıdurmaya getməyəcək.Tramp dünənki açıqlamasında İran rejimini bu sözlərlə hədələmişdi: “Əgər İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə, hansı ki bu onların adətidir, ABŞ etirazçıların köməyinə gələcək. Biz ora getməyə tam hazırıq”. Veneseuladakı hadisələr göstərir ki, Tramp dediyini etməyə çalışır. Ancaq ABŞ-nin İrana hər hansı müdaxiləsi bu ölkədə dəyişiklik istəyənlərin əleyhinə, əksinə mühafizəkarların lehinə işləyəcək, ikincilər diqqəti daxili məsələlərin həllindən yayındıraraq cəmiyyəti ümumi düşmənə qarşı birliyə çağıracaqlar”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Yanvar 2026 18:39
Baş nazir tapşırıq verdi: Dənizkənarı bulvar...
27 Yanvar 2026 16:29
Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə görüşdü
27 Yanvar 2026 16:28
Sahibə Qafarova ADPA-da çıxış etdi
27 Yanvar 2026 12:27
Ceyhun Bayramov Çinə səfər edəcək
27 Yanvar 2026 12:25
“Türkiyə İrana müdaxilə ərəfəsində neytrallığını qorumağa söz verib...”
27 Yanvar 2026 12:15
Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR
27 Yanvar 2026 10:55
“Rusiya komandanlığının tükədici taktikası Ukraynada heç bir nəticə vermir”
27 Yanvar 2026 09:42


Bakı -°C

