Şəhid atası vəfat etdi – FOTO
Vətən müharibəsi şəhidi leytenant Murtuz Abbasovun ailəsində faciə baş verib.
Adalet.az xəbər verir ki, şəhidin atası Çingiz Abbasov vəfat edib. Bu haqda “Siyasi Xətt” siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov məlumat verib.
Qeyd edək ki, leytenant Murtuz Abbasov 1988-ci il noyabrın 2-də Lerikin Soru kəndində anadan olub. O, Binəqədi rayonu Sulutəpə qəsəbəsində 313 saylı orta məktəbdə təhsil alıb. O, Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirdikdən sonra Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında tağım komandiri kimi xidmətə başlayıb.
Vətən müharibəsi zamanı Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsində iştirak edib.
Murtuz Abbasov 2020-ci il oktyabrın 22-də Zəngilan rayonu ərazisində Vejnəli qızıl mədəninin ələ keçirilməsi üçün Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşərək 6 nəfər yoldaşı ilə birlikdə döyüşü öz üzərlərinə çəkərək bölüyün qalan heyətini atəş altından çıxmasına şərait yaradıb. 30 nəfər döyüşçünün yaralandığı döyüş zamanı Murtuz və 6 nəfər yoldaşı qəhrəmancasına şəhid olub. Şəhid Murtuz Abbasov oktyabrın 29-da doğulduğu kənddə böyük izdihamla dəfn edilib.
O, Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Yanvar 2026 16:30
General Aydəmirovun tanınmış həkim qardaşı vəfat etdi - FOTO - YENİLƏNİB
27 Yanvar 2026 14:16
Azərbaycanda hakim vəfat etdi
27 Yanvar 2026 08:36
Səfirliyimizə terror hücumundan ÜÇ İL ÖTÜR
26 Yanvar 2026 18:54
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - VİDEO
26 Yanvar 2026 17:52
Maşın təmiri sexindəki yanğın söndürüldü - YENİLƏNİB
26 Yanvar 2026 17:48
Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı - VİDEO
26 Yanvar 2026 17:08
ANAMA-nın əməkdaşı vəfat etdi - FOTO - YENİLƏNİB
26 Yanvar 2026 09:39


Bakı -°C

