adalet.az header logo
  • Bakı -°C
21 Yanvar 2026 10:38
64
İQTİSADİYYAT
A- A+

"Bu isə Davosda Azərbaycanın strateji xəttinin bir daha təsdiqidir" 

"Dünya İqtisadi Forumunun növbəti illik toplantısı İsveçrənin Davos şəhərində öz işinə başladı. Davos Forumu bu dəfə daha çox qlobal geo-siyasi çağrışlara fokuslanaraq 2026-cı  il üçün real təkliflər ilə çıxış etmək niyyətindədir". 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir: 

"Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur. 

Əvvəlki illərdə olduğu kimi, bu dəfə də Azərbaycan Davos İqitsadi Forumuna xüsusi önəm verir. Eyni zamanda Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Davos İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir. Ölkə Prezidenti Davos İqtisadi Forumunda bir çox aparıcı, nüfuzlu şirkətlərin rəhbərlərini qəbul edir və onları işbirliyi üçün Azərbaycana dəvət edir. Artıq cənab Prezidentin iştirakı ilə bir sıra görüşlər həyata keçirilmişdir. 

Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda paneldə çıxış edən Azərbaycan Prezidenti regional nailiyyətlər ilə yanaşı, qlobal geosiyasi məsələlərə də münasibət bildirdi. Bu isə Davosda Azərbaycanın strateji xəttinin bir daha təsdiqidir. 

Yeni dövrün yeni hədəfləri də məhz qeyri-neft sektoruna daha çox xarici sərmayələrin cəlb edilməsini özündə ehtifa edir. Bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər. 

Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərir ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verirlər. Xüsusi qeyd olunmalıdır ki, bir neçə il öncə Davos İqtisadi Forumunun Cənubi Qafqazı və Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə Azərbaycanda keçirildi. Forumun regional 4-cü sənaye inqilabı mərkəzi də məhz Bakıda yaradılmışdır. Bu da Davos İqtisadi Forumu tərəfindən ölkəmizə necə böyük dəyər verildiyini və vacib tərəfdaşlardan biri kimi qəbul edildiyini bir daha təsdiq edir". 

Vasif ƏLİHESEYN