“ABŞ Maduronun iqamətgahında bu silahlardan istifadə edib...” – Hərbi ekspert
“ABŞ prezidenti Donald Tramp iki gün əvvəl bildirdi ki, Amerika kimsəyə məlum olmayan yeni silahlara malikdir. Tramp bu silahlar barədə başqa məlumat vermədi. Maduronun iqamətgahına hücum zamanı sağ qalan mühafizəçilər bildirir ki, ABŞ hərbçiləri dəhşətli baş ağrısına və burun qanamasına səbəb olan silahlardan istifadə ediblər. Bu istifadədən sonra mühafizəçilər halsız halda yerdə tərpənməz halda qalıblar”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, ABŞ daha əvvəl rast gəlmədiyimiz yeni səs silahlarından ilk dəfə döyüş əməliyyatları zamanı istifadə ediblər:
“Bu silahların mikrodalğalı səs dalğaları insan tərəfindən eşidilmir, lakin insan beyninə təsir edir, yüksək qan təzyiqi yaradır və bəzi kapilyar damarları dağıdır. Səs silahlarının artıq müddətdə tətbiqi insanı öldürə bilir. Bu əməliyyat zamanı başqa bir maraqlı məsələ Venesuela hava hücumundan müdafiə qoşunlarının zenit-raket komplekslərinin ölkə səmasında aşağı sürətli helikopterlərə atəş açmaması ilə bağlıdır. Burada ağlımıza ilk gələn Venesuelaya aid radiolokasiya stansiyalarının müşahidə imkanlarından məhrum edilməsidir. Böyük ehtimalla ABŞ hərbi hava qüvvələri istiqamətləndirilmiş mikrodalğalardan istifadə edən daha yeni bir silah əldə ediblər. Amma 5 il əvvəl Çin ordusu Hindistanla sərhəd münaqişəsi zamanı istiqamətlənmiş lazer silahından uğurla istifadə etmişdi. Görünür ki, ABŞ sənayesi düşmən RLS-in elektron sensorları üçün uzaq məsafədən təhlükəli istilik temperaturunu təmin edən və hava vasitələri ilə daşına biləcək optimal olcələrə malik silahlar əldə edərək onu da ilk dəfə döyüş əməliyyatları zamanı uğurla sınaqdan keçiriblər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Noyabr 2026 18:44
İlham Əliyevlə Paşinyanın Dublində görüşü gözlənilir
12 Noyabr 2026 18:36
Prezident Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB + FOTOLAR
12 Noyabr 2026 16:21
İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşdü - FOTO
12 Noyabr 2026 16:08
“Konstitusiyada dövlətin strateji fəaliyyət istiqamətləri tam əksini tapıb”
12 Noyabr 2026 15:20
İrlandiyanın Baş naziri İlham Əliyevi qarşıladı - VİDEO
12 Noyabr 2026 15:10
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR+VİDEO
12 Noyabr 2026 14:31
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 14:10


Bakı -°C

