“Putin ona görə münaqişəni həll edə bilmədi ki...” – Politoloq
“ABŞ Prezidenti Donald Tramp hər dəfə Azərbaycanla Ermənistan arasında sülhə nail olmasından danışarkən rusiyalı həmkarı Vladimir Putinin bu mövzuda ona söylədiklərini bu şəkildə ifadə edir: “Prezident Putin mənə Ermənistan və Azərbaycanla bağlı bunları dedi: İnana bilmirəm ki, siz bu müharibəni həll etdiniz. Mən 10 ildir bu münaqişəni həll etməyə çalışıram”. Putin Trampın qulaqlarına xoş gəlsin deyə, həmin sözləri ona söyləyib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, ancaq Putin münaqişənin həlli üçün heç nə etmədi:
“O, 2000-ci ildə Prezident seçilən kimi Azərbaycana rəsmi səfər etdi və mərhum dövlət başçısı Heydər Əliyevlə Bakıda geniş müzakirə apardı. Həmin müzakirələrdə Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsinə də toxunulmuşdu. Buna baxmayaraq, Putin münaqişəni həll etmək üçün erməni dostu, qonşu ölkənin keçmiş prezidenti Robert Köçəryanı təsir etmədi, əksinə işğalın davamına şərait yaratdı. Sadəcə, Putinin dostu Dmitri Medvedyev onun yerinə Prezident kürsüsünə gətirildikdə münaqişənin həlliylə maraqlandı, görüşlər keçirdi. Ancaq Medvedyev də o zamankı Ermənistan Prezidenti Serj Sərkisyanı münaqişənin mərhələli həllinə inandırmaq istəmədi”.
Politoloqun sözlərinə görə, işğalın davamı Kremlin maraqlarına cavab verirdi:
“Buna görə də, gərək kimsə Trampa xatırlatsın ki, Putin ona görə münaqişəni həll edə bilmədi ki, Kreml sahibi Qarabağın işğalına son qoymaq istəmirdi. Əksinə Putin İkinci Qarabağ müharibəsindən sonra az qala baş nazir Nikol Paşinyanı ittiham edirdi ki, niyə o Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Əslində Azərbaycan torpaqlarının işğalı heç Vaşinqtonu da narahat etmirdi. Azərbaycan ordusu 8 avqust 2025-ci il Vaşinqton görüşünə qədər ölkənin ərazi bütüvlüyünü təmin etmişdi. Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə olanı təsdiq etdi. Ancaq bu da az iş deyildi”.
Vasif
Digər Xəbərlər
04 Aprel 2026 17:53
Pentaqonda generallar niyə qovulur? - Səxavət Məmməd yazır
04 Aprel 2026 15:11
Əli Əsədov məmurları toplayıb, müşavirə keçirdi
04 Aprel 2026 12:00
Prezident həmkarını təbrik etdi
04 Aprel 2026 11:35
“Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır”
04 Aprel 2026 11:15
“Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi...”
04 Aprel 2026 10:59
“Məsud Pezeşkianın prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür”
04 Aprel 2026 10:41
"Bir-birimizin yanında olmağa davam edəcəyik" - İlham Əliyev
03 Aprel 2026 17:19


Bakı -°C

