Yunus Əmrə İnstitutunda görüş keçirildi - FOTOLAR
Türkiyə ilə ədəbi əlaqələr çərçivəsində Yunus Əmrə İnstitutunda "Söz körpüsü" Yaradıcılıq Klubu və “Güftə” ədəbiyyat dərgisinin təşkilatçılığı ilə ədəbi görüş keçirildi. Görüşün moderatoru Türkdilli Dövlətlər İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Sabir idi.
Tərtib edilən proqram dörd hissəyə bölünmüşdü. Görüş ədəbiyyatımızın tanınmış nümayəndələrinin – Xalq şairi Sabir Rüstəmxanlı, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar jurnalist, “Ulduz” jurnalının redaktoru Qulu Ağsəs, Əməkdar jurnalistlər Bahəddin Həzi, Zemfira Məhərrəmli, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru Mahirə Nağıqızı, yazıçı, psixoloq Rövşən Abdullaoğlu, uşaq yazıçısı, tərcüməçi Sevinc Nuruqızı, şairlər Kəmalə Abıyeva, Ayaz Arabaçı, yazıçılar Hicran Hüseynova, Amin Oruc, Nəsimə Dursun, Ali Saçıkara və aktyor Kamran Yunisin iştirakı ilə açıq elan edildi. Ölkəmizin və Türkiyənin digər tanınmış şəxslərinin də qonaq olduğu görüşdəki müzakirələr hər iki xalqın ədəbiyyatında gedən müasir prosesləri əks etdirdi. Ziyalılar sənət, ədəbiyyat, qardaş ölkə ilə münasibət mövzusunda fərqli çıxışlarla görüşə marağı artırdılar.
"Hekayə janrında yeniliklər" panelinin moderatorluğu isə yazıçı, publisist Pərvanə Bayramqızına həvalə edildi. O, ölkələr arasında ədəbi-mədəni əlaqənin mədəniyyət, ədəbiyyat sahəsinə faydasından, qardaş Türkiyə ilə Azərbaycan arasında ədəbi körpü yaradan təşkilatçıların işlərindən və söz sənətinin qədim janrlarından başlayaraq müasir dövrə qədər keçdiyi inkişaf yolundan, Azərbaycan ədəbiyyatında qələmə alınmış ilk hekayə nümunələrindən bəhs etdi. Paneldə qonaqlarla texnoloji yeniliklərin ədəbiyyata təsiri, mövzu-üslub dəyişikliyi, yeni nəslin qələmində hekayə janrının formalaşdırdığı istiqamət də müzakirə edildi. Müasir sosial problemlər, hadisələr hekayə mövzusu olarkən nələrə diqqət yetiriləcəyi barədə qonaqlar individual mövqe bildirdilər.
Hekayə ustaları Ayşə Ay, Vəli Ay Türkiyə ədəbiyyatından geniş məlumat verdilər. Yazıçı, jurnalist Azər Qismətin çıxışı dünya ədəbiyyatındakı hekayə janrında mövcud olan yeniliklərin Azərbaycan ədəbiyyatında istifadə edilməsi mövzusunda oldu. O, eyni zamanda, yazıçıların üslubuna, gənc yazarların diqqət yetirməli olduqları məqamlara toxundu. Paneldə Qulu Ağsəs həmkarı Vəli Ayla əməkdaşlığın mümkünlüyü haqda fikir mübadiləsi yürütdü.
Qonaqlar poeziya dəqiqələrində şair Müşfiqə Baləddinqızı və qiraətçi Anar Atakişinin söylədikləri şeirləri dinlədilər.
Uşaq ədəbiyyatı panelində uşaqlar arasında keçirilən “Balaca qələm sahibləri” müsabiqəsinin qaliblərinə Türk Sənət Akademiyası və Yunus Əmrə İnstitutu tərəfindən hədiyyələr, sertifikatlar verildi.
Görüş “Güftə” ədəbiyyat dərgisinin təsisçisi yazıçı Ayşə Ay və “Zərif kölgələr” saytının yaradıcısı şair Aysel Nəsirzadənin birgə layihəsi olan “Xəzərdən Ağdənizə” antologiyasının təqdimatı ilə başa çatdı. Xatırladaq ki, antologiyanın təqdimatı bundan əvvəl Kapadokya Ədəbiyyat Festivalı çərçivəsində Nevşehir Hacı Bektaş Veli Universitetində keçirilib.
Görüşü ərsəyə gətirənlərdən Aysel Nəsirzadə sonda tədbirdə iştirak edənlərə minnətdarlığını bildirdi. Həmidə Yaqubova və Aysel Xanlarqızı isə qonaqların diqqətinə çatdırdılar ki, bu cür ədəbi görüşlərin səmərəliliyini nəzərə alaraq gələcəkdə də dostluq-qardaşlıq əlaqəsini davam etdirəcək, yeni layihələr hazırlayacaqlar.
Digər Xəbərlər
22 Yanvar 2026 13:05
İlduzə Əliyeva: “ Elə bildim ki, oğlumun tarı erməniyə qalsa, günaha bataram”
22 Yanvar 2026 11:07
Dünyanın dəyişkənliyi və ya “Master-Klass” – Əntiqə Kərimzadə yazır…
22 Yanvar 2026 09:00
Erməni yazıçı Qarabağda erməni vəhşiliyindən yazdı
21 Yanvar 2026 14:03


Bakı -°C

