adalet.az header logo
  • Bakı -°C
05 Fevral 2026 11:49
62
SİYASƏT
A- A+

Türkiyə-Ermənistan sərhədləri bu tarixdə açılacaq - Politoloq

“Əbu-Dabidə Azərbaycan Prezidenti və Ermənistan baş naziri nümayəndə heyətinin iştirakı ilə görüşdü. Bu görüş Yekun sülh müqaviləsi istiqamətində etimadın artırılmasına və yerdə qalan məsələlərin həlli müstəvisində önəmlidir. İki ölkə arasında de-fakto sülh əldə olunub”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, bu görüşdə bir neçə məsələnin müzakirə edilməsi istisna deyil:

“Birinci, Ermənistan bu il ərzində Konustitusiya dəyişikliyinə getməlidir. İkinci, TRİP layihəsi-Zəngəzur dəhlizində işlər başlanmalıdır. Üçüncü, bu ilin axırına kimi -payizda sülh müqaviləsi bağlanmalıdır. Ermənistanda parlament seçkilərində N. Paşinyan qələbə əldə edəcəksə, sülh müqaviləsip payızda bağlanması mümkün görünür. Yaxın perspektivdə Türkiyə-Ermənistan sərhədləri açılacaq. Həmçinin yaxın günlərdə Azərbaycandan Ermənistana yeni jest olacaq. Həmçinin Türkiyədən yüklər Ermənistan ərazisindən keçib, Azərbaycana daxil olması istisna deyil”.

Vasif ƏLİHÜSEYN