“Yas məclisi təsəlli, səbr, dua və sosiallaşma, həmdərd olmaq üçündür...”
“Artıq israfçılıqla müşayiət olunan dəbdəbəli yas mərasimlərinin qarşısının alınması üçün din xadimlərinin də çağırışlarına rast gəlirik. Bu müsbət haldır. Daha çox camaat içində olduqları üçün onların da bu məsələ ilə əlaqədar təbliğatına ehtiyac var”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, sağlam düşüncəli, millətini, xalqını, dövlətini sevən din xadimlərimiz var:
“Yas məclislərində bahalı menyuların təqdim olunması, ciddi israfa yol verilməsi, yas sahibinin borca düşməsi kimi hallar eyni zamanda maddi - sosial vəziyyəti ağırlaşdırır. Mənəvi dəyərlərimiz yönündən də doğru sayılmır. Yas məclisi təsəlli, səbr, dua və sosiallaşma, həmdərd olmaq üçündür. Qarın doldurmaq yeri deyil. Əksinə yas sahbinə yemək, ərzaq aparmaq, bir işin qulpundan tutmaq yeridir. Ümid edirəm ki, din xadimlərinin də bu yöndə maarifləndirmə və çağırışları faydalı olacaqdır. Bu sahədə sağlam təbliğat aparan din xadimlərinə şəxsən təşəkkür edirəm”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Mart 2026 13:52
"Azərbaycanda pay torpaqları sahəsi olduqca kiçikdir" - Nazir
11 Mart 2026 12:36
Dövlət bağçası, yoxsa özəl bağça?!
11 Mart 2026 12:08
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
11 Mart 2026 12:00
Daha 184 nəfər doğma yurda döndü - YENİLƏNİB
11 Mart 2026 11:47
“8 Noyabr”dakı dəmiryolu sökülür - Mikrotunel tikiləcək - VİDEO
11 Mart 2026 10:00
Qubanın üç kəndinin adı dəyişdirilə bilər
10 Mart 2026 20:18
Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
10 Mart 2026 17:43


Bakı -°C

