“Bu dəyər nəzarət davranışlarını gücləndirmək üçün proqramlara daxil edilə bilər...” - Ekspert
“Azərbaycan cəmiyyətində ənənəvi kollektivçilik, yəni ailə, qohum və qonşuluq münasibətlərinin sıx bağlılığı mühüm resurs ola bilər. İcra dəstəyi zorakılıq törədən şəxsin sosial nəzarət altında saxlanılmasına həm də reabilitasiya prosesinə məsuliyyətlə yanaşmasına şərait yaradır”.
Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Ekspertin sözlərinə görə İslam ənənəsi zorakılığı rədd edən, ailədə hörmət və mərhəməti təşviq edən normaları ilə müsbət təsir göstərə bilər:
“Dini liderlərin və ruhanilərin zorakılığa qarşı mövqeyi maarifləndirmə kampaniyalarında və reabilitasiya proqramlarında mühüm rol oynaya bilər. Azərbaycan mədəniyyətində ailə münasibətlərində hörmət və ailəni qorumaq ideyası güclü sosial norma olaraq qalır. Bu, zorakılıq törədən şəxsin davranış dəyişikliyi üçün motivə çevrilə bilər: “zorakılıq ailəni dağıdır, hörməti azaldır” mesajı təsirli olur”.
M.Zeynalova deyib ki, qonaqpərvərlik Azərbaycan kimliyinin əsas simvolik elementlərindən biridir:
“Bu dəyər qarşı tərəfə hörmət, münasibətdə nəzakət və özünə nəzarət davranışlarını gücləndirmək üçün proqramlara daxil edilə bilər. Böyüyün sözünə qulaq asmaq və ictimai rəydən çəkinmək mədəni kodları kişilərin reabilitasiyasında güclü təsir aləti ola bilər. Çünki ictimai qınaq zorakılıq davranışlarının dəyişməsinə təkan verən sosial nəzarət mexanizmidir. Azərbaycan ədəbiyyatında və tarixində qadına hörmət, zəifin müdafiəsi və mərhəmət motivləri geniş yayılıb. Məsələn, Nizami Gəncəvinin əsərlərində qadına ədalət və hörmət ideyaları. Bu obrazlar zorakılığa qarşı alternativ kişi modeli kimi təqdim edilə bilər. Ənənəvi olaraq kənd və icma səviyyəsində ağsaqqal məsləhəti və ya ailə böyüklərinin vasitəçiliyi mühüm sosial institut kimi mövcud olmuşdur. Bu element müasir reabilitasiya proqramlarında icma moderatorları vasitəsilə adaptasiya oluna bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Aprel 2026 12:34
Sabah yağış yağacaq
08 Aprel 2026 12:23
Yol polisi sürücülərə müraciət etdi
08 Aprel 2026 12:03
Bakıda qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi - FOTOLAR
07 Aprel 2026 17:10
Küləklə bağlı xəbərdarlıq
07 Aprel 2026 16:54
Bakıda təmir işləri 10 dəfəyə yaxın artıb
07 Aprel 2026 12:19
Zəngilan şəhərinin I yaşayış mərhələsində işlər bitib
07 Aprel 2026 11:22
“Dinlər insanları birləşdirmək, saflaşdırmaq, mənəviyyatını zənginləşdirmək üçündür”
06 Aprel 2026 17:40


Bakı -°C

