Su Kanal İdarəsi qəzanı aradan qaldırmır...
Biz görmüşük ki, bir qəza baş verən kimi aidiyyəti xidmət sahəsi bir neçə saat ərzində o qəzanı aradan qaldırır.Amma Suraxanı Su Kanal İdarəsi belə deyil.Çünkı qəza ilə bağlı məlumat verilir, günlər , həftələr keçsə də gəlib mövcud nöqsanları aradan qaldırmırlar.Fakta istinad edək.Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsinin " D" massivindəki 13 nömrəli binada kanalizasiya xəttində yaranmış qəzadan sonra zirzəmini çirkab sular basıb.
Oradan çəkdiyimiz görüntüləri də ələqədar qurumun diqqətinə çatdırırıq.Zirzəmini çirkab sular basması ilə bağlı 13 -cü binanın sədri Fərman müəllim dəfələrlə Su Kanal İdarəsiini məlumatlandırib, sifarişlər verib. Axırıncı dəfə isə martın 1-də aidiyyəti quruma müraciət edib.Çünki çirkab suyun səviyyəsi tədbir görülmədiyinə görə günbəgün artır.Marrın 2- də isə zirzəmidən gedən istilik xəttində qəza yaranıb. " Azəristiliktəchizat" ın Suraxanı rayon sahəsinin əməkdaşlara çirkab suyun əlindən zirzəmiyə girib qəza nı aradan qaldıra bilmirlər.Sahə rəisi Məhəmməd müəllim deyir ki, gərək Su Kanal İdarəsi çirkab suları təmizləsin bundan əməkdaşlarımız təmir işləri apara bilsin.
O sular təmizlənməyənə qədər zirzəmidə təmir işləri görə bilməyəcəyik.Ona görə də baş vermiş qəza ilə əlaqədar " Azəristiliktəchizat" ın əməkdaşları 13 nömrəli binanın1-ci blokundan 5- ci blokuna kimi istiliyin verilməsini dayandıriblar.Binanın sakinləri isə bu soyuq havada istilik almadığına görə aidiyyəti qurumdan narazılıq edir , yuxarı təşkilatlardan kömək istəyir. Əgər Su Kanal İdarəsi mövcud nöqsanları vaxında aradan qaldırsaydı, binaya istilik verilməsi də dayandırilmazdi.Bir sözlə, hər iki adını çəkdiyimiz qurum zəhmət çəkib qəzanı aradan qaldırmalıdir. Çünki bina sakinləri hər ay həmin təşkilatlar su pulu, istilik pulu ödəyir!!!
Emil FAİQOĞLU


Bakı -°C

