Bizi sevindirən həkimlər
Mənim yaxşı, savad və vətənpərvər həkimlərimiz böyük hörmət olub və bu gün də var.Onların arasında bir neçəsi ilə dostluğumuz davam eləyir.Və mən çox vaxt onun şahidi olmuşam ki, onlar neçə- neçə xəstəni Allahın köməyi ilə ölümün pəncəsindən xilas ediblər.
Son vaxtlar mənim də səhhətimdə müəyyən problemlər yaranıb. Ona görə də Milli Onkologiya Mərkəzində müalicə götürürəm.İlk gündən mərkəzin həkimləri mənə çox böyük diqqət və qayğı ilə yanaşdılar.Sözün düzü, həkimlərin belə səmimi münasibətinə heyran qaldım. Məni müalicə edən həkim- onkoloq Anar Məmmədov çox savadlı, səmimi və vətənpərvər bir ziyalıdır.
Öyrəndim ki, Anar həkim İmişli rayonundandır. İnanın, o, pasiyentlə elə şirin və səmimi söhbət edir ki, adam bir anlıq ağrı- acını unudur. Düşünürdən ki, nə yaxşı belə gənc həkimlərimiz var.Onlar həm savadlıdır, həm də son dərəcə sadə və səmimidir.Heç şübhəsiz ki, həkimin səminmi söhbəti, insanın qəlbini ələ alması, dava- dərmandan da çox pasiyentə şəfa verir.Onlar pərvanə kimi bizim başımıza dolanırlar.
Tibb bacısı Fərqanə xanım da çox gözəl və istiqanlı insandır.Mənə və digər xəstələrə böyük sevgi, diqqət və qayğı göstərdiyinə görə, həkim- onkoloq Anar Məmmədova, tibb bacısı Fərqanə xanıma, bir sözlə, Milli Onkologiya Mərkəzinin bütün tibb personalına öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.Onlar bizə şəfa verir, həyata qaytarır və ailəmizi sevindirir. Allah da onları sevsin və qorusun!!!
Səməndər Məmmədov Prezident təqaüdçüsü, yazıçı-publisist
Digər Xəbərlər
12 Oktyabr 2026 14:21
Əli Bağışın “Dörd tabut” hekayəsi 13 dildə çap olundu – FOTO
12 Oktyabr 2026 12:04
ƏDALƏT – ƏXLAQIN ƏN ALİ PİLLƏSİDİR
10 Oktyabr 2026 17:40
"Məndən ötdü...": tarix poetik şedevrin aynasında
10 Oktyabr 2026 13:00
“Gəlin, ayağımızın altında yatın, baxaq görək, divarın o üzündə nə baş verir?”
10 Oktyabr 2026 12:42
“Şeytana daş atanlar” türk dilində
09 Oktyabr 2026 17:06
“Ədəbiyyat aləminə səyahət” adlı kitab sərgisi keçirildi
09 Oktyabr 2026 10:17
“Hansı qurum şəhərdə başörtüsündə gəzən xanımlara güldən ağır söz deyir?”
08 Oktyabr 2026 20:06


Bakı -°C

