“Bu, İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir”
“Qonşuluğumuzda təkcə Yaxın Şərqi deyil, Avropanı və dünyanı təhlükə altına atan müharibələrin getdiyi bir şəraitdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri, cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və mətbuata verdikləri bəyanatlar dövlətimizin “qoca qitə” üçün böyük əhəmiyyət daşıdığını bir daha göstərir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, ölkəmizin xarici ticarət dövriyyəsinin 50%-nin 27 ölkənin üzv olduğu Avropa İttifaqının payına düşməsi Azərbaycanla qarşılıqlı asılılığı, 10 ölkəsinin Azərbaycan qazını alması isə onların enerji təhlükəsizliyinin təmin olunmasında Bakının oynadığı rolu sübut edir:
“Antonio Koştanın “Avropa İttifaqının Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə etmək istərdim. İcazə verin, Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə öz ölkələrinə qayıtmasına şərait yaratdığı üçün Azərbaycanın göstərdiyi yardıma görə səmimi minnətdarlığımı çatdırım. Azərbaycan Respublikası Avropa İttifaqının əsas tərəfdaşıdır. Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq” fikirləri Azərbaycanın tutduğu yerin etiraf olunmasıdır. Bütün bunlar, o cümlədən Avropa İttifaqının Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanmasına dayanıqlı ticarəti təmin edəcək iş kimi baxması heç şübhəsiz, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir”.
M.Qasımlı deyib ki, bir vaxtlar Avropa İttifaqı və bəzi digər qurumlar ölkəmizin əleyhinə qərarlar qəbul edərdi:
“Bu gün isə fərqli bir mənzərə yaranıb. Avropa İttifaqı təkcə Azərbaycan qazına deyil, bütün işlərdə Azərbaycan Prezidentinin rəhbərliyinə də ehtiyac duyur. Həmin ehtiyacı Antonio Koşta belə ifadə etdi: “Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir. Sizin rəhbərliyiniz zəruridir...”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Noyabr 2026 18:29
Prezidentlə xanımının İrlandiya səfəri BAŞA ÇATDI - VİDEO
13 Noyabr 2026 17:13
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlandı
13 Noyabr 2026 12:57
"Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb" - XİN
13 Noyabr 2026 11:12
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
13 Noyabr 2026 11:10
“Məkkə və Bədr müqavilələri ABŞ-nin bölgədə hegemoniyasının azalmasını...”
13 Noyabr 2026 10:30
“Bu görüşdə Yekun Sülh müqaviləsi üzrə Ermənistanın üzərinə düşən öhdəliyi...”
12 Noyabr 2026 21:00
İlham Əliyevlə Paşinyanın görüşü keçirilib - YENİLƏNİB -VİDEO
12 Noyabr 2026 18:36


Bakı -°C

