“İran hərbi nüvə doktrinasından imtina edir...” – Politoloq
“Hörmüz boğazını tam açması üçün İrana 48 saat vaxt verdiyini, şərtlərinə əməl olunmayacağı təqdirdə, İranın elektrik enerjisi obyektlərinə ağır zərbələr endiriləcəyini vəd edən ABŞ-nin tacir prezidenti Tramp növbəti dəfə geri addım atdı: müddəti daha 5 gün uzatdı!Trampın iddiasına görə, İranla danışıqlarda "çox əhəmiyyətli irəliləyişlər" əldə edilib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
Onun sözlərinə görə, ABŞ prezidentinin İranla bağlı bu bəyanatları Ukrayna məsələsi ətrafındakı vədlərini xatırlatmaqla, onu növbəti dəfə qeyri-ciddi duruma salır:
“Sözünə əməl edə bilməməsi təkcə onun psixoloji savaşı uduzması demək deyil, həm də vəziyyətə hakim olmadığının və eləcə də ABŞ-İsrail tandeminin quru əməliyyatlarına hazırlıqsızlığının, vaxt qazanmağa çalışdıqlarının növbəti göstəricisidir. Yox, əgər, gerçəkdən, pərdəarxası danışıqlarda üçüncü ölkələr vasitəsiylə əhəmiyyətli irəliləyişlər əldə edilibsə, bu, savaşın "hər iki tərəf qalib gəlsin, məğlub olmasın" formulunda yekunlaşdırılması üçün "diplomatik masa"nın qurulmasına qərar verildiyinin işarəsi sayıla bilər. Yenidən diplomatiya işə düşəcəksə, çox güman ki, tərəflərin razılaşması Henri Kissincerin hələ 2014-cü ildə yazdığı ssenari üzrə olacaq: İran hərbi nüvə doktrinasından imtina edir, zənginləşdirilmiş uranı "üçüncü ölkəyə" təhvil verir, qarşılığında isə üzərindəki Qərb sanksiyaları götürülür və bütün maraqlı tərəflərin iştirakıyla uzunmüddətli zəmanət sazişi imzalanır. Doğrusunu Allah bilir! Savaşın isə 24-cü günüdür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Noyabr 2026 22:40
Prezidentin bir həftəsi - VİDEO
15 Noyabr 2026 20:15
Heydər Əliyevin teleradioya qayğısı xüsusi əhəmiyyət daşıyır - Prezident
15 Noyabr 2026 11:16
"Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
15 Noyabr 2026 11:10
İlham Əliyevin Mahmud Abbasa təbrik məktubu
15 Noyabr 2026 10:56
Azərbaycan XİN Fələstini təbrik etdi
14 Noyabr 2026 21:10
“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” - VİDEO
14 Noyabr 2026 19:07
Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək
14 Noyabr 2026 19:01


Bakı -°C

