İt sürüsü uşaqlara hücum elədi...
Bu gün Bakının istənilən yerində it sürüsünə rast gəlmək mümkündür. Hətta bir neçə gün əvvəl metronun " İçərişəhər" stansiyasından çıxıb, Filormaniya bağında üzü aşağı düşüb dəniz tərəfə gedəndə bir neçə it gördüm. Düzdür, onlar mənə hücum eləmədi və parkın içində gözdən itdilər...
Amma Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinindəki it sürüsü belə deyil. İki hadisəni yada salacağam hər şey sizə aydın olacaq! Aprelin 14- də saat 18: 30- da dörd oğlan uşağı məscidin yanından velosipedlə gedəndə 9 it onlara hücum çəkdi... Uşaqlar qorxularından qışqırdılar.Ki, itlər onları tutmasın! Əgər onlar velosipedin sürətin artırmasaydılar, bəlkə də itlər onları parçalamışdılar. İkinci hadisə isə həmin gün bir saat bu əhvalatdan sonra poçtun yanında oldu. Belə ki, yolun kənarında yatmış it sürüsü ordan keçib gedən yeniyetmə oğlanların dalınca düşdü.
O uşaqlar da qaçıb birtəhər itlərdən canların qurtardılar.İndi görən Yeni Günəşlidə insanların həyatı necə təhlükə qarşısındadır. Axşam və gecə saatlarında isə güçəyə çıxmaq və harasa getmək çox qorxuludur. Gecə vaxtı o sahibsiz itlər bir neçə nəfəri tutub da! Əvvəllər sahibsiz itlər küçələrdən yığılar, başqa bir yerə aparılar , ya da öldürülərdi. Ancaq indi heyvanların hüquqlarını qoruyan qurumlar buna imkan vermir. İnsanlara nə olur, olsun , amma təki heyvanlara bir şey olmasın!
Çox təəssüf ki, bizdə heyvanların hüquqları, insanlardan daha yaxşı qorunur! Bu isə ədalətsizlikdir! İtlər uşaqlara, eləcə də yaşlı insanlara hücum edəndə onlar qorxu hissi yaşayırlar.belə olanda heç şübhəsiz ki, həmin insanlar şəkər, ürək xəstəliyi keçirə bilər! Ona görə də, bu barədə əlaqədar qurumlar cıddi düşünməli və çıxış yolu tapmalıdır!
Emil FAİQOĞLU
Digər Xəbərlər
02 Sentyabr 2026 17:19
Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
02 Sentyabr 2026 10:34
Pensiyalarla bağlı yeni xəbər - 152 min nəfər...
02 Sentyabr 2026 10:09
Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı
01 Sentyabr 2026 20:00
Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək
01 Sentyabr 2026 18:10
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar
01 Sentyabr 2026 16:31
362 nəfərdən ibarət köç karvanı Ağdama çatdı - YENİLƏNİB
01 Sentyabr 2026 16:22
Bağçada uşağın qanından psixotrop maddə tapıldı - RƏSMİ AÇIQLAMA
01 Sentyabr 2026 13:01


Bakı -°C

