Ali məktəbləri bitirib ortada qalmaqdansa...
Məlum mövzu ilə bağlı dəfələrlə yazılar qələmə almışıq.Və yenə həmin mövzuya qayıtmaq istəyirik! Bu fikri həmişə demişik , yenə də deyirik; universitetləri bitirib , ortada qalmaqdansa , hər hansı sənəti seçib, işləmək , pul qazanmaq daha yaxşıdı. Təəssüf ki, hələ də bizim millət qəfilət yuxusundan oyanmayıb! Çünki ali məktəblərə qəbul olmaq bizim əsas " xəstəliyimiz" dur. Bir faktı qeyd edək ki, müxtəlif ali məktəbləri bitirmiş gənclərin 80 faizi işsizdir.
Amma yaxşı bərbərə, yaxşı dərziyə, yaxşı maşın ustasına, yaxşı idmançıya çox yerdə iş var . Əfsuslar olsun ki, " prestij" xatirinə yenə çoxları ali məktəblərə üz tutur, xüsusilə də hüquq fakültəsinə . Elə ki, həmin universitetləri bitirirlər, iş tapa bilmirlər. Bax onda düşünürlər ki, cavan ömürlərini fəda ediblər. Yəni el dilində demiş olsaq, " papağı günə yandırıblar". Bu yaxınlarda bir ali məktəb müəllimi ilə söhbət elədim.
O dedi ki, mənim indiki tələbələrə və valideynlərə yazığım gəlir. Çünki hər il ali məktəbləri on minlərlə gənc bitirir. Heç onların on faizi iß tapmır! Bax , bu, bizim faciəmizdir. Ona görə də bu barədə valideynlər dərindən düşünməlidir . Ki, uşaqlarını oxudanda hər il bir ətək pul xərcləyirlər. O pullara heyfləri gelsin. Əgər bir şeyin bəhrəsini görməyəcəksənsə, o pulu xərcləməyə dəyməz!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
19 Oktyabr 2026 14:16
Aqil Abbas Füzulidə müəllimlərlə görüşdü
16 Oktyabr 2026 17:24
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026 11:57
Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
15 Oktyabr 2026 16:51
LDU-da strateji hədəflər müzakirə olunub
15 Oktyabr 2026 10:49
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib
15 Oktyabr 2026 10:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat
15 Oktyabr 2026 00:27
Təmkini ilə diqqət çəkən direktor bu məktəbə rəhbərlik edir - VİDEO
14 Oktyabr 2026 21:55


Bakı -°C

