“Kaş ki, heç olmasa, bu yanlışlıqların davamı olmaya...”
“İllərdir yollardakı tıxaclara nə vaxt çarə qılınacağı barədə danışanda yarızarafat-yarıcıddi deyirdik ki, bu işdə ciddi dönüş o vaxt başlayacaq ki, tıxaclar onlara əncam çəkməli olanların və bu şəxslərə və ya qurumlara təsir etmək səlahiyyəti olanların darvazalarına qədər gəlib çıxsın”.
Adalet.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
“Deyəsən, həmin vaxt gəlib çatıb. Bu həftənin əvvəlində Milli Məclisdə Bakı tıxacları barədə danışılanlar bunu yadıma saldı. Özü də yəqin ki, tıxac mözusundakı belə emosional söhbətlər təkcə parlamentdə yox, icra hakimiyyəti orqanlarında da gedir. Sadəcə parlamentdən fərqli olaraq, icra hakimiyyəti orqanlarındakı söhbətlər mediaya çıxmır. Bunları eşidəndə adamın ağlına maraqlı suallar gəlir: Cənablar, bəs indiyə qədər haradaydınız? Yaxud başınız nəyə qarışmışdı ki, bu tıxacların darvazalarınıza çatacağını görmürdünüz? Bakının və Abşeron aqlomerasiyasının beton cəngəlliyə döndərildiyini, tramvay xətlərinin söküldüyünü, yollarda bəyənmədiyiniz digər işləri görmürdünüz?.. Kaş ki, heç olmasa, bu yanlışlıqların davamı olmaya.
Rəhmətlik Mirzə Ələkbərin hələ uşaq vaxtı oxuduğum misraları tez-tez yadıma düşür:
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Noyabr 2026 22:01
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
16 Noyabr 2026 16:33
Dövlət xəstəxanalarında növbə, özəllərdə isə boşluq var – Fazil Mustafa
16 Noyabr 2026 15:15
Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI
16 Noyabr 2026 13:58
Nəsimi Musayevdən xəbər var
16 Noyabr 2026 13:46
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edildi
16 Noyabr 2026 13:19
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 ilə endirildi
16 Noyabr 2026 13:18
"Praktikada bu aktlar arasında bəzən ziddiyyətlər yaranır" - Palata sədri
16 Noyabr 2026 13:06


Bakı -°C

