Tacikistanda hicab taxmaq rəsmi olaraq qadağan edildi...
Tacikistanda "satr" və "hicab" kimi yad geyimlərin istifadə olunması qadağan edildi. Bu barədə prezident İmomali Raxmonun imzaladığı 35 qanunun içərisində bu qanunlar da yer alıb.
Tacikistan prezidenti, həmçinin şənliklərin və adəd-ənənələrin qaydaya salınması, uşaqların təhsil alması və tərbiyəsində məsuliyyəti, həmçinin ənənəvi müsəlman bayramlarında israfçılığa yol verilməməsi və uşaqların iştirakının məhdudlaşdırılması barədə də qanunları imzalayıb.
Milli geyimlərlə bağlı məsələ, Tacikistan prezidenti tərəfindən hələ mart ayında, din xadimləriylə keçirilən körüşdə səsləndirilmişdi. İmomali Raxmon bu görüşdə qeyd etmişdir ki, milli geyimlər keçmişin mənəvi dəyərini tərənnüm edir və milləti geyiminə görə fərqləndirir və tanıdır.
Tacikistan prezidenti vurğulayır ki, tacik geyimləri YUNESKO tərəfindən tanınıb: "Biz, bizim mədəniyyətimizə cavab verməyən yad adətlərdən, dini geyimlərdən qaçmalıyıq. Bundan başqa Paxmon, tacik dizaynerlərinə və qadınlar və ailə işləri üzrə komitəyə tapşırıb ki, birgə, dini dəyərlərə və etnik taciklərə məxsus milli geyimlərin hazırlanmasına başlasınlar.
Rüstəm Hacıyev
Digər Xəbərlər
07 Aprel 2026 19:36
İrana nüvə başlığı atılacaq? - GÖZLƏNİLƏN AÇIQLAMA
07 Aprel 2026 19:20
İstanbuldakı silahlı insidenti terror təşkilatı üzərinə götürdü
07 Aprel 2026 19:00
İsrail Müdafiə Qüvvələri İranda səkkiz körpünü məhv edib - YENİLƏNİB
07 Aprel 2026 18:51
“Sülhün yeganə alternativi sonsuz müharibədir”
07 Aprel 2026 18:45
İranda həbsdə olan Fransa vətəndaşları vətənlərinə qayıdırlar
07 Aprel 2026 17:54
İranın dəmir yolları və körpülərinə hücum başladı - Netanyahu
07 Aprel 2026 17:49
İranda radiasiya əleyhinə yod tabletləri paylanılır
07 Aprel 2026 17:37


Bakı -°C

