"Tağıyev" filminin üçüncü hissəsinin yayım vaxtı məlum olub
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" filminin üçüncü hissəsinin yayım vaxtı məlum olub.
Adalet.az xəbər verir ki, "Tağıyev: Sona" adlanan üçüncü hissə oktyabrın 2-dən etibarən kinoteatrlarda nümayiş ediləcək.
Məlumat üçün qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Digər Xəbərlər
24 Iyun 2026 12:45
CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar”
24 Iyun 2026 12:40
Yasin Qarayev: “Belə bir şey olmayıb”
23 Iyun 2026 12:10
Əməkdar artistdən təsirli çağırış: “Xadimə də olaram…”
17 Iyun 2026 16:30
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
17 Iyun 2026 14:51
“Köhnə çamadanlar” Adana tamaşaçısı ilə görüşdü
17 Iyun 2026 11:59
Taleyi saçlarına dolaşan qadın
15 Iyun 2026 13:14
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb - FOTOLAR
14 Iyun 2026 09:03


Bakı -°C

