Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq"
Komandamız meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.
Adalet.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
UEFA Avropa Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Lion" (Fransa) oyunu öncəsi komandanın mətbuat xidmətinə danışan klub rəsmisi qələbə qazanmaq istədiklərini bildirib:
“Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən “Qarabağ” bu həftə növbəti oyununu keçirəcək. Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Bodo Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Komandamız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq. Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləməyəcəyəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlərimizlə tam dolacaq və onlar arenadan sevinclə ayrılacaqlar. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.
Digər Xəbərlər
07 Dekabr 2025 21:04
Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı
07 Dekabr 2025 19:51
Messi öz rekordunu yenilədi
07 Dekabr 2025 19:45
"Formula 1" üzrə dünya çempionatının qalibi bəlli oldu
07 Dekabr 2025 13:07
FIFA DÇ-2026 oyunlarının başlama saatlarını açıqladı
06 Dekabr 2025 23:51
“Sabah”la AFFA arasında qalmaqal - Klub açıqlama yaydı
06 Dekabr 2025 10:52
“150, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun” - Rafael Ağayev
06 Dekabr 2025 09:48
"Zirə" -"Qarabağ" və "Sabah" - "Neftçi" matçına təyinatlar açıqlandı
06 Dekabr 2025 00:02


Bakı -°C

