Tbilisidə azərbaycanlı gənclərin döyülməsinə görə daha bir nəfər saxlanıldı
Tbilisidə supermarketdə çalışan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılıq törətməkdə ittiham olunan daha bir nəfər – 1997-ci il təvəllüdlü Ş.A. adlı şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, cinayəti törədən bütün şəxslər müəyyən edilərək təqsirləndirilən şəxs qismində saxlanılıb. Cinayət əməli 9 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Faktla bağlı istintaq davam etdirilir.
Qeyd edək ki, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. 2006 və 2004-cü il təvəllüdlü soydaşlarımıza qarşı qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani noyabrın 5-də, digər 4 nəfər isə ötən gün saxlanılıb.
Gürcüstanın Baş Prokurorluğu Manana Giorqobianiyə qarşı rəsmi ittiham irəli sürüb, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə məhkəməyə müraciət edəcək.
Digər Xəbərlər
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28
Tərtərdə narkotik satan şəxs həbs edildi
10 Dekabr 2025 09:31
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi
09 Dekabr 2025 16:00


Bakı -°C

