TƏBİB-dən yeni TƏYİNATLAR
Azərbaycanda bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin edilib.
Bu arədə Adalet.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.
Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunublar. Onların hər biri səhiyyə idarəetməsində uzun müddət təcrübəsi olan tanınmış mütəxəssislərdir.
Qeyd edək ki, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.
Digər Xəbərlər
12 Iyun 2026 10:18
Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - Dərisi soyuldu - VİDEO
12 Iyun 2026 09:57
800 mindən çox insan piylənmədən əziyyət çəkir
11 Iyun 2026 10:58
"Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı
11 Iyun 2026 09:06


Bakı -°C

