Telefon nömrəsi Netflix-də çıxdı - 40 yaşlı koreyalı varlana bilər
Son günlərdə dünyada trend olan Netflix-in "Squid Game" serialındakı telefon nömrəsinin real bir şəxsə aid olduğu məlum olub.
"Squid Game" serialında çox borcu olan insanlara birlikdə ölümcül oyun oynamağı və nəticədə qalib şəxsin böyük miqdarda pul qazanacağı vəd edilir. Həmin insanları dəvət etmək üçün serialda onlara üzərində nömrə olan kart verilir. Həmin kartdakı nömrə çəkilişlər zamanı yoxlanılmayıb və indi 40 yaşlı Cənubi Koreyalı şəxsə aid olduğu bilinib.
Adalet.az-ın məlumatına görə, həmin şəxsin sözlərinə görə, gündə telefonuna təxminən 4 min zəng gəlir. Oyunun həqiqi olduğunu düşünüb qatılmaq istəyənlər, serialın fanatları və s. insanlar bu nömrəyə zənglər edir, mesajlar yazırlar. Bir sözlə adamı bezdiriblər, gecə yatmağa da qoymurlar/ Həmin şəxs böyük ehtimal Netflix-dən yaxşı pul qopara biləcək.
Qeyd edək ki, Netflix-in sözügedən şəxslə danışıqlıqlara başladığı deyilir. Adam təsadüfən varlanacaq. Özü də heç bir "ölümcül" oyunda iştirak etmədən.
Eminquey
Digər Xəbərlər
30 Dekabr 2025 16:05
Bazarstore” media nümayəndələrinin övladları üçün Yeni il şənliyi keçirib
30 Dekabr 2025 11:51
Qədim türk yurdunun sakinləri: Altaylar - (VII yazı)
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02


Bakı -°C

