Tiflisdə gərginlik artdı: Parlamentin şüşələri sındırıldı
Tiflisdə hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları parlament binasının şüşələrini daşla sındırıblar.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Mitinq başlayandan dərhal sonra aksiya iştirakçılarının bəzilərinin hərəkətləri zorakılığa çevrilib, xüsusən də etirazçılar daş və digər əşyalarla qanunverici orqanın binasının onlarla pəncərə şüşəsini qırıblar”, - məlumatda deyilir.
Nazirlik bildirib ki, bəzi mitinq iştirakçılarında pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalar olub.
“Bir daha aksiyanın hər bir iştirakçısını öz etirazlarını qanuni, dinc formada bildirməyə və qanunsuz hərəkətlərə əl atmamağa çağırırıq”, - deyə DİN əlavə edib.
Bu arada, parlament binasını qorumaq üçün əraziyə xüsusi təyinatlılar yeridilib.
Qeyd edək ki, aksiyalar 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. 3 gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.
Aksiyalara Prezident Zurabişvili də ciddi dəstək verir.
Digər Xəbərlər
06 Oktyabr 2026 22:25
"Sabah əsgərimiz sərhədi keçsə, əvəzində kimi təhvil verəcəyik?"
06 Oktyabr 2026 22:03
Fransada tələbə üsyanı böyüyür
06 Oktyabr 2026 20:46
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
06 Oktyabr 2026 19:00
Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb
06 Oktyabr 2026 17:24
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - YENİLƏNİB
06 Oktyabr 2026 15:42
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
06 Oktyabr 2026 15:26
"Bu vəziyyət bizi ciddi şəkildə narahat edir" - Lavrov
06 Oktyabr 2026 12:43


Bakı -°C

