Tomas Müller Almaniya millisindəki karyerasını başa vurdu

Tarixin ən çox mükafat alan alman futbolçusu olan Tomas Müller Almaniya millisindəki karyerasını rəsmən başa vurub.
Adalet.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
34 yaşlı Tomas Müllerin İspaniya ilə Avropa çempionatının 1/4 final matçında 131-ci oyunu sonuncu olub.
"Bu, yəqin ki, mənim son beynəlxalq matçım idi. Bundan sonra millinin çalışdırıcısı ilə danışıqlar masasına oturacağam. Bizim çox etibarlı münasibətimiz var. Amma dediyim kimi, əslində bu (milli komandada karyerasını başa vurmaq) tamamilə mümkündür", - Müller matçdan dərhal sonra deyib.
Eyni zamanda o, Münhen "Bavariya"sında da çıxışını davam etdirəcək. Onun müqaviləsi 2025-ci ilə qədərdir.
Digər Xəbərlər

Azərbaycan Kubokunda yeni mövsümün tam təqvimi

III MDB Oyunlarında futbol yarışlarının püşkü atıldı

Azərbaycan paraüzgüçüsü Sinqapurda bürünc medal qazanıb

Xabi Alonso Ardadan danışdı

"Qarabağ"ın futbolçusu Premyer Liqada ilk het-trikinə imza atıb

Əhalinin NƏZƏRİNƏ: Bu yollarda məhdudiyyətlər LƏĞV EDİLDİ

"Dortmund" qələbə qazandı, "Bayer" xal itirdi
