Tramp Çinin gözünü "qırmağa" çalışır?: ABŞ-ın qərarına Çindən cavab
ABŞ prezidenti D.Trampın verdiyi qərarlar bir çox dövlətlər kimi Çinin də xoşuna gəlməyib.
Adalet.az xəbər verir ki, ABŞ-ın bu gün, fevralın 4-dən qüvvəyə minən Çindən mal idxalına tətbiq etdiyi 10%-lik rüsumlara cavab gəlib. Beləki, Çin ABŞ-dan neft, kiçik minik avtomobilləri, pikap və kənd təsərrüfatı texnikası idxalına 10% rüsum tətbiq etdiyini açıqlayıb. Bu arada Dövlət Şurasının qərarı ilə ABŞ-dan idxal edilən kömür və maye qazın idxalına 15 faiz gömrük rüsumları tətbiq olunacaq.
Kommersant.ru yazır ki , cavab tədbirləri Çin Xalq Respublikası Dövlət Şurası yanında Tarif və Təsnifat Komitəsi tərəfindən elan edilib .
Press- relizdə bildirilir ki, ABŞ-ın birtərəfli qaydada rüsum tətbiq etməsi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını ciddi şəkildə pozur və həmçinin “Çin və ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığına” mane olur.
Xatırladaq ki, fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb. O, iddia edir ki, bununla o, seçkiqabağı öhdəliklərindən birini yerinə yetirir: ölkəyə qeyri-qanuni miqrant axınını və fentanil qaçaqmalçılığını dayandırmaq.
Çindən idxala tariflər 10%, Meksika üçün 25%, Kanada üçün enerji resursları üçün 10%, digər mallar üçün 25% olacaq.
Çin də ÜST-ə şikayət edəcəyinə söz verib.
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Dekabr 2025 09:38
Tramp Tailand və Kambocanı yeni tariflərlə hədələdi
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33


Bakı -°C

