Tramp: Rusiya-Ukrayna məsələsinin asan olacağını düşünürdüm

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılmasının daha asan olacağını gözlədiyini, lakin şəxsi münaqişələrin prosesi çətinləşdirdiyini deyib.
Adalet.az xəbər verir ki, bu barədə o, Oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib.
“Düzünü desəm, Rusiya-Ukrayna məsələsinin asan olacağını düşünürdüm, lakin məlum oldu ki, ciddi şəxsi münaqişələr var. Bu, onlardan biridir. Amma biz yekunda bunu da dayandıracağıq”, - Tramp vurğulayıb.
O həmçinin bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatları hələ müzakirə edilməyib, çünki əsas məsələ müharibənin dərhal başa çatması olaraq qalır.
ABŞ Prezidentinin sözlərinə görə, Avropa Ukraynaya mühüm təhlükəsizlik zəmanəti verməlidir, ABŞ isə yalnız bunu dəstəkləməlidir.
Digər Xəbərlər

Tramp Müdafiə Nazirliyinin adını dəyişmək istəyir

NATO-ya aid gizli sənədləri ayaqyolunda unutdu

Rusiya müharibəni bitirmək üçün real güzəştlərə hazır deyil - Zelenski

Tramp Kim Çen In ilə görüşmək niyyətindədir

Serbiyanın əsas xarici siyasət hədəfi Avropa İttifaqına üzv olmaqdır - Vuçiç

Tramp: Ukrayna-Rusiya münaqişəsində ötən həftə 7000-dən çox əsgər ölüb

1967-ci ildən sonra ilk dəfə...
