Tramp Rusiyadan idxal olunan mallara 500 faizlik rüsum tətbiq edib
ABŞ Prezidenti Donald Tramp Rusiyadan idxal olunan mallara gömrük rüsumlarının 500 faiz artırılmasını, həmçinin Rusiya enerji daşıyıcılarının ən böyük alıcılarına və sanksiyalardan yayınmağa kömək edən ölkələrə əlavə rüsumlar tətbiq edilməsini nəzərdə tutan fərman imzalayıb.
Adalet.az xəbər verir ki, oktyabrın 16-da imzalanan sənədə əsasən, Rusiya nefti və təbii qazının beş ən böyük idxalçısı 2026-cı il oktyabrın 18-dən etibarən Rusiya xammalının yeni alışlarını bilərəkdən həyata keçirərsə, həmin ölkələrə tətbiq olunan rüsumlar 100 faiz artırılacaq.
Bundan başqa, ABŞ hakimiyyətinin qiymətləndirməsinə görə, Rusiyanın neft sektoruna qarşı sanksiyalardan yayınmağa ən çox kömək edən beş ölkədən idxal olunan mallara rüsumların daha 100 faiz artırılması nəzərdə tutulur. Həmin ölkələrin adları ABŞ-ın ticarət nümayəndəsi tərəfindən digər dövlət qurumları ilə birgə müəyyənləşdiriləcək.
Eyni zamanda, Tramp 2026-cı il sentyabrın 18-də imzalanmış Rusiya və İrana qarşı sanksiyalar haqqında yeni qanunun bəzi müddəalarının tətbiqini dayandırmaq səlahiyyətindən istifadə edib.
Fərmana əsasən, qanunda nəzərdə tutulan rüsumlardan müəyyən istisnalar tətbiq edilir, həmçinin bir sıra sanksiya tədbirləri və məhdudiyyətlərin qüvvəsi müvəqqəti dayandırılır.
Digər Xəbərlər
17 Oktyabr 2026 11:11
Əraqçi İraqa səfərə gedib
17 Oktyabr 2026 10:42
İstanbul boğazında fərqli mənzərə - Dəniz qəhvəyiyə boyandı
17 Oktyabr 2026 09:51
Baydenlə oğlunu korrupsiyada ittiham etdi
17 Oktyabr 2026 09:44
İran Hörmüzün açılması üçün şərtini açıqladı
17 Oktyabr 2026 09:40
BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
17 Oktyabr 2026 09:10
İstanbulda yağış 5 nəfərin həyatına son qoydu
17 Oktyabr 2026 08:56
Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
17 Oktyabr 2026 00:17


Bakı -°C

