Trampın komandası siyahı hazırlayır
Politico qəzeti bildirir ki, ABŞ prezidentinin komandası "yaxşl və "pis" NATO ölkələrinin siyahısını hazırlayır. Mətbu orqanın məlumatına görə, Tehrana qarşı hərbi əməliyyatlarda Vaşimqtonun tərəfində olan və əməliyyatların əleyhinə olan, ABŞ hərbiçilərini ərazilərinə buraxmaq istəməyən blok üzvülərini müəyyənləşdirirlər.
Tramp onun göstərişlərini qəbul etməyən tərəfdaşlarını təhdid etməkdən belə çəkinmir. Qəzetin yazdığına görə, ABŞ- dəstəkləyən İsrail, Cənubi Koreya, Polşa, nisbətən Almaniya və Pribaltika dövlətləri Vaşinqton tərəfindən xüsusi qiymətləndirilir.
Pentaqonun rəhbəri Pit Xerset hələ ötən ilin dekabrında etdiyi çıxışında, kollektiv təhlükəsizliklə bağlı ABŞ-ın təlimatlarını yerinə yetirməyən dövlətlər ağır nəticələrlə üzləşəcəklərini bəyan etmişdir.
Vaşunqtinun "Pis" dölətlər siyahında yer alan ölkələr barədə Ağ Evin konkret hansı tədbirlər görəcəyi Tramp administrasiyası tərəfindən gizli saxlanılır.
Güman edilir ki, Vsşinqtonun potensial planına uyğun olaraq, ABŞ-ın bu ölkələrdə yerləşən hərbi qüvvəlıri digər, münasib tərəfdaş ölkələrinə köçürüləcək.
Tramp son çıxışlarının birində bəyan edib ki, NATO-dakı tərfdaşları "kiçik bir qarşıdurmada" (İran münaqişəsində) iştirak etməkdın imtina edərək, özlərinə "problem yaratdılar". "Şimali Atlantika alyansı lazlm olan zamanda, lazlmsız olduqlarını göstəedilər"- deyə ABŞ prezidenti bildirib.
Donald Trampın NATO-nu tərk edəcəkləri təhdidləri fonunda Avropa dövlətləri, artıq alyansa alternativ hərbi-sitasi blok yaratmaq variantı üzərində düşünməyə başlaylblar...
Rüstəm Hacıyev
Digər Xəbərlər
22 Oktyabr 2026 12:37
Si Cinpin: Çin müasir dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoyub
22 Oktyabr 2026 11:51
ABŞ-İran danışıqları dayandırılıb
22 Oktyabr 2026 10:17
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
22 Oktyabr 2026 09:20
ABŞ İranla danışıqlar aparmır - Tramp
22 Oktyabr 2026 00:12
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
21 Oktyabr 2026 23:23
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır
21 Oktyabr 2026 23:10
ABŞ-Rusiya-Ukrayna xəttində təcili danışıqlar - Əbu-Dabi variantı gündəmdə
21 Oktyabr 2026 22:46


Bakı -°C

