adalet.az header logo
  • Bakı -°C
18 Oktyabr 2026 20:20
109
DÜNYA
A- A+

Trampın nümayəndələri ilə nə danışıb?

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıb.

Adalet.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, tərəflər Ukrayna və ABŞ nümayəndə heyətlərinin Floridada keçirilən görüşünün nəticələrini müzakirə ediblər.

Zelenskinin sözlərinə görə, iki ölkənin komandaları arasında, demək olar ki, fasiləsiz əlaqə davam edir və diplomatik prosesin növbəti addımları hazırlanır.

“Amerika Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışdım. Sülh yalnız güc və etimada əsaslanan əməkdaşlıq sayəsində mümkündür”, – deyə Ukrayna Prezidenti bildirib.

Qeyd edək ki, oktyabrın 9-da Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib.