Türkiyə dünyada ilk 10-luğa daxil olmağı hədəfləyir
"Türkiyənin 2028-ci il üçün müdafiə sənayesi üzrə müəyyən etdiyi hədəf 11 milyard dollarlıq ixrac göstəricisi ilə dünyada ilk 10-luğa daxil olmaqdır. Dünyada öz döyüş gəmisini təkmilləşdirib, dənizə endirən 10 ölkədən biri Türkiyədir".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Gəmiqayırma Zavodu Komandanlığında dəniz platformalarının istifadəyə verilməsi mərasimində deyib.
Türkiyə Prezidenti “TCG Anadolu” amfibiya gəmisindən daha böyük, uzunluğu 300 metr olan aviadaşıyıcı gəmisinin inşasına başlandığını açıqlayıb.
Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsində həyata keçirilən hər bir layihədə təkcə məhsulu təkmilləşdirməklə kifayətlənmədiyini, eyni zamanda, ekosistemi, insan resurslarını və texnologiya istehsalı potensialını da böyütməyi hədəflədiyini qeyd edib.
Digər Xəbərlər
07 Iyul 2026 22:11
Əminə Ərdoğanın əlini öpmək istəyən Makron pis vəziyyətdə qaldı - VİDEO
07 Iyul 2026 21:12
Almaniyada evə meteorit düşdü
07 Iyul 2026 20:52
Kanada Ukraynaya 900 milyon dollarlıq yardım paketi təqdim edəcək
07 Iyul 2026 20:44


Bakı -°C

