"Türkiyə ilə dialoq bu həftənin əvvəlində başlaya bilər" - İsveçin NATO müzakirəçisi

İsveçin NATO-ya üzvlüklə bağlı baş müzakirəçisi Oskar Stenström bu həftənin əvvəlində Türkiyə ilə dialoqu bərpa etmək niyyətində olduğunu açıqlayıb.
Adalet.az xəbər verir ki, o, təmasların şəxsi görüşlər xarakteri daşıyacağını vurğulayıb.
Bir müddət əvvəl İsveçin xarici işlər naziri Tobias Billström Quranın yandırılması ilə bağlı aksiyalar fonunda ölkənin NATO-ya qəbulu prosesinin dayandırıldığını, lakin o, iyulda keçiriləcək xarici işlər nazirliklərinin sammitində Ankara ilə razılığa gəlməyə ümid etdiyini açıqlamışdı.
"Hazırda faydalı və mötəbər görüş olmayacağından, bir araya gəlib danışıqlar aparmaq mənasız olacaq və bu, çox güman ki, prosesi daha da çətinləşdirəcək. Bununla belə, düşünürəm ki, üzbəüz görüşləri davam etdirmək üçün gələn həftənin əvvəlində Türkiyə tərəfi ilə əlaqə saxlayacağam” , - Stenström bildirib .
Yanvarın 21-də danimarkalı radikal Rasmus Paludan Stokholmda Quranın yandırılması ilə aksiya keçirib . O, bu yolla tam söz azadlığı və demokratiya göstərmək istədiyini bəyan edib. Buna cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Stokholm NATO-ya daxil olmaq haqqında sənədin ratifikasiyası üçün Ankaradan dəstək almayacaq. Paludan yanvarın 27- də Kopenhagendəki məsciddə Quranın yandırılması aksiyasını təkrarlayıb , eyni zamanda Danimarka paytaxtında Türkiyənin səfirliyində də eyni addımı atmaqla hədələyib.
Yanvarın 29-da Ərdoğan bildirib ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq niyyətləri ilə bağlı Ankaradan fərqli qərarlar ala bilər və buna görə də İsveçin şoka düşməsi mümkündür.
Digər Xəbərlər

"Onunla birlikdə Türkiyə üçün canımızı ortaya qoymuşuq"

Ərdoğan: Biz terror təşkilatını fəaliyyət imkanından məhrum etdik

Ərdoğandan “Terrorsuz Türkiyə” şərhi

Rusiya Polşaya nota verdi

ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır

Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə: 16 nəfərə həbs qərarı

"Rusiya qələbəyə yaxınlaşır, Ukrayna uduzdu" - Orban
