Türkiyə iqlim dəyişkənliyi təhlükəsi ilə üz-üzə: 310 günlük su ehtiyatı qaldı
İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına altına aldığı bəşəriyyətə məlumdur
Adalet.az xəbər verir ki, bu dəfə bu təhlükə ilə Türkiyə üzləşib .
Beləki, Ankara Bələdiyyəsi sosial şəbəkədəki paylaşımında şəhərin su ehtiyatlarından yazıb. Paylaşımda, bildirilir ki, yağıntıların kəskin azalması və Anadolu su anbarlarında suyun buxarlanması ilə müşayiət olunan yüksək temperatur Türkiyə paytaxtının su təchizatında ciddi problemlər yarada bilər: "Yay aylarında yağan yağışlar buxarlanma səbəbindən bənd səviyyəsinin qalxmasına demək olar ki, heç bir təsir göstərməyib. Yağıntıların olmaması səbəbindən noyabrın 19-dan şəhərdə təxminən 310 gün davam edəcək qədər su var. Məhdud su ehtiyatlarımızdan səmərəli istifadə etmək üçün gəlin suyumuzdan qənaətlə istifadə edək”, - deyə yazıda qeyd olunub.
Qeyd edək ki, Bakıda COP-29 çərçivəsində iştirak edən Türkiyənin Dövlət Su İşlərinin (DSİ) baş direktoru Mehmet Akif Balta bildirib ki,
artıq Türkiyənin 65 əyalətində içməli su probleminin qarşısı alınıb: “Cari il isə içməli su problemi olan 13 əyalət və rayonun problemi həll ediləcək. Türkiyə su ehtiyatlarının azalması ilə əlaqədar müasir suvarma qurğuları tikir. Artıq tullantı sularının təkrar istifadəsi mühüm məsələdir. Biz bu suları kənd təsərrüfatı sahələrinə suvarma suyu kimi çatdırırıq. Əlavə edim ki, biz hidroelektrik stansiyaları vasitəsilə su elektrik enerjisi istehsal edirik. Bu günə kimi Türkiyədə 757 su elektrik stansiyası tikilib.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Noyabr 2026 12:42
Sürət həddini düzgün seçməyən sürücü və sərnişin öldü
16 Noyabr 2026 16:18
Bakıda restorandakı yanğın söndürüldü - YENİLƏNİB
16 Noyabr 2026 10:42
Güclü küləkdə paytaxtda 32 ağac sınıb
16 Noyabr 2026 09:49
Bakıda avtobus piyadanı vuraraq öldürdü
16 Noyabr 2026 09:38
Külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
16 Noyabr 2026 09:32
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
16 Noyabr 2026 09:00
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
15 Noyabr 2026 21:40


Bakı -°C

