adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 19:35
78
İDMAN
A- A+

Türkiyə millisinin DÇ-2026-dakı ilk oyununun hakimi bəlli oldu

Türkiyə millisinin dünya çempionatında Avstraliyaya qarşı keçirəcəyi ilk oyunu venesuelalı hakim Xesus Valensuela idarə edəcək.

Adalet.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb. Ona yan xətt hakimləri Xorxe Urreqo və Tulio Moreno kömək edəcəklər. VAR hakimi funksiyasını isə perulu Maykl Orue yerinə yetirəcək.

Xatırladaq ki, Türkiyə - Avstraliya matçı iyunun 14-də Kanadanın Vankuver şəhərindəki “BC Place” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.