Türkiyədə Azərbaycan dili kursları fəaliyyətə başlayıb - FOTOLAR
Azərbaycanın Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Qazi Universitetində Azərbaycan dili kursları fəaliyyətə başlayıb.
İlk dərs günü keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi, səfirlik əməkdaşları və kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Türkiyədə milli mədəniyyətimizi, tariximizi, dilimizin təbliği məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını bildirib.
O, Mərkəz tərəfindən ana dilimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirdiyini, dilimizin tədrisinin qardaş ölkədə maraqla qarşılandığını söyləyib. Samir Abbasov məhz bu marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qazi Universitetində Azərbaycan dilinin Tədrisi ocağının yaradıldığını söyləyib. O, dərslərin yalnız dil bacarıqlarının inkişafı ilə məhdudlaşmayacağını, eyni zamanda Azərbaycan mədəniyyəti və tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıdığını, müxtəlif mədəniyyət proqramları və görüşlərlə zənginləşdiriləcəyini qeyd edib.
Qeyd edək ki, Qazi Universitetində açılmış Azərbaycan Dilinin Tədrisi Ocağının Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yenidən qurulduğunu, ocaqda
Azərbaycan türkcəsinin tədrisi ilə yanaşı, Azərbaycana, dövlət rəmzlərinə dair guşələr və mini kitabxana da yaradılıb.
Daha sonra Ankaradakı səfirliyimizin humanitar məsələlər üzrə birinci katibi İslam Quliyev çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyədə milli mədəniyyətimiz, tariximiz, ana dilimizin təbliği ilə bağlı həyata keçirdiyi layihələr haqqında danışmış, yeni ocağın ana dilimizi öyrənməklə yanaşı, qardaş ölkənin gənclərinin tariximiz, ədəbiyyatımız və ölkəmizə dair daha çox məlumat almağa imkan yaradacağına ümid etdiyini bildirib.
Diplomat yaradılan dil kurslarında Türkiyədəki tələbələrlə yanaşı, bütün kateqoriyalı insanların iştirak etməsi və dərslərdə müasir informasiya texnologiyalarının tətbiqinin yüksək dəyərləndirib.
Azərbaycan Türkcəsinin Tədrisi üzrə təlimçi-pedaqoq, Qazi Universitetinin doktorantı Şəhla İbişova Tədris Ocağının Türkiyədə Azərbaycan türkcəsinin, ana dilimizin tələbələrə öyrədilməsi ilə bağlı əsas tələbləri və şərtləri açıqlayıb. O, həftədə üç dəfə keçiriləcək dərslər üçün dərslik və metodik vəsaitlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin ediləcəyini söyləyib. Daha sonra tələbələrin sualları cavablandırılıb və dərslərə start verilib.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

