Türkiyədə şəhidin dəfnində gülən şəxslərin kimliyi bilindi
Türkiyənin Muğla şəhərində şəhid Emrah Kuranın dəfn mərasimində gülən şəxslərin AK Parti Muğla Böyükşəhər Bələdiyyə Sədri namizədi Aydın Ayaydın və CHP Milas Bələdiyyə Sədri Fevzi Topuz olduğu məlum olub.
Adalet.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqidlərə səbəb olub. Hadisədən sonra açıqlama verən Aydın Ayaydın bildirib ki, onun gülüşü yanındakı şəxslərin etdiyi zarafata reaksiyadır və şəhidə hörmətsizlik etmək məqsədi daşımayıb.
Ayaydın qeyd edib ki, ürək əməliyyatından sonra həkimlərin xəbərdarlığına baxmayaraq mərasimə qatılıb. "Namazın başlamasını gözləyərkən yanımdakı rəsmi şəxslərdən biri 'Ürəyinizi yeniləmisiniz, sahədə sizinlə başa çıxmaq daha da çətin olacaq' deyə zarafat etdi. Mən də refleks olaraq bir neçə saniyəlik gülümsədim. Beş saatlıq mərasimin yalnız bu qısa anını alıb şəhidimizə hörmətsizlik etmiş kimi göstərənləri vicdanları ilə baş-başa buraxıram," - deyə o, bildirib.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub./Milli.az
Digər Xəbərlər
12 Mart 2026 14:39
Paşinyan: Kilsə Azərbaycanla müharibəni qızışdırmağa çalışır
12 Mart 2026 13:39
Türkiyə İncirlik bazası ilə bağlı məlumat yaydı
12 Mart 2026 13:18
"Zombi apokalipsis real ola bilər"
12 Mart 2026 13:17
"Krokus" terrorunu törədən 15 nəfərə ömürlük həbs cəzası verildi
12 Mart 2026 11:55
Müctəba Xamenei yaralanıb - RƏSMİ
12 Mart 2026 11:11
Dünyanın aparıcı atletləri Türkiyənin möhtəşəm təbiət mənzərələrində yarışacaq – FOTOLAR
12 Mart 2026 09:31
"Biz qalib gəldik" - İrandakı müharibədən danışdı
11 Mart 2026 19:00


Bakı -°C

