Türkiyəli məşhurların bilinməyən xəstəlikləri
Türkiyəli sənətçilərin az adam tərəfindən bilinən xəstəliklərinin adları açıqlanıb.
Adalet.az xəbər verir ki, bu haqda “Posta” məlumat yayıb.
Belə ki, şəxsi həyatı və karyerası ilə tez-tez gündəmə gələn, qalxanabənzər vəzində problem olan və müntəzəm dərman qəbul edən məşhur aparıcı Seda Sayan aclığa dözə bilmir. Yemək yeməyəndə başgicəllənmə və narahatlıq keçirən aparıcı bu sağlamlıq probleminə hələ də qalıcı çarə tapa bilməyib.
“Minik serçe” ləqəbi ilə tanınan ustad sənətçi Sezen Aksu uzun illərdir “panik atak”dan müalicə alır. Müalicə prosesinə baxmayaraq, o, hələ də bu xəstəliyə tam qalib gələ bilməyib.
Uğurlu aktyorluğu ilə tanınan Kıvanç Tatlıtuğ isə bir müddət yuxusuzluqdan əziyyət çəkib. O, uzun müalicə prosesi sayəsində həyati təhlükəsi olan bu xəstəliyə qalib gələ bilib.
Məşhur şoumen Mehmet Ali Erbil isə “qaçış sindromu” adlanan xəstəliyə görə tez-tez xəstəxanaya yerləşdirilir və daimi həkim nəzarəti altında yaşayır.
79 yaşlı məşhur müğənni Ajda Pekkanın ürək problemi isə illər sonra üzə çıxıb. Daha əvvəl ürəyinə iki stend taxılan Pekkanın xəstəliyi təkrarlanandan sonra yenidən ürək əməliyyatı etdirib. Son zamanlar bununla bağlı heç bir problem yaşamasa da, müğənninin ürək xəstəliyi hələ də davam etməkdədir.
Digər Xəbərlər
09 Oktyabr 2026 14:19
İranlı rejissor Handeni baş rol seçdi
08 Oktyabr 2026 19:27
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
08 Oktyabr 2026 15:30
Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu
07 Oktyabr 2026 14:50
Aqşin Fatehə ağır itki üz verdi
07 Oktyabr 2026 13:10
Aparıcı: “Tamaşaçı üçün o zaman maraqlı olursan ki…”
07 Oktyabr 2026 11:50
Aşıq Zülfiyyə: “Adi zarafata görə pis sözlər yazırlar”
07 Oktyabr 2026 11:22
Şəbnəm Tovuzlu: “Zəhmətkeş olmağım hər kəsə bəllidir”
07 Oktyabr 2026 07:44


Bakı -°C

