Türklərin Talışı, Talışların Türkü - Rza Rzayev yazır

RZA RZAYEV
1236 | 2023-02-14 14:02

Nə vaxtsa Aydın Canıyev haqda yazacaqdım, amma indi yazdığım, nə vaxtsa yazacağım deyil, onun vaxtı var, çünki Aydın Canıyevin "yazısı" hələ davam edir.

Aydın Canıyevlə gerçək həyatda bir dəfə görüşmüşük, ayaqüstü 5 dəqiqə söhbətimiz olub, amma qiyabi olaraq onuuzun illər idi tanıyırdım, yazılarını oxuyurdum, hər yazısı bir etiraz idi.

Və ən əsası, Aydın Canıyevhər şeydən və hamıdan çox özünə etiraz edirdi.

Aydın Canıyevi iki boyutlu (ölçülü) analiz etsək, görərik ki, onun türkiyəlilər demiş, bir “sokak tərəfi” də var, o özü bu tərəfindən də razıdırvə son vaxtlar etirazını elə sokak tərəfi ilə edir.

Aydın Canıyev ölkəmizdə çox az yazarlardandır ki, qələminə əyilmir, çünki adam vaxtında istənilən qədər bilik toplayıb, qələmi bildiklərininvə istedadının hesabına yazır.

Və Aydın Canıyev həbs olunub!

Aydın Canıyev həbs olunduğu günün səhəriİranda səfirliyimizə xain hücum edilir, bu da bir mistikadır, çünki Aydın Canıyevin doğulduğu bölgədə İran həmişə aranı qatmaq istəyib, amma buna nail ola bilməyib, çünki birinci Aydın Canıyev sinəsini önə verib, İranın oyunlarını başa düşməyənlərə dərs keçib, məsələnin mahiyyət və məzmununu təhlil edib, gerçəkliyi söyləyib, vətəndaş mövqeyi ortaya qoyub və çoxlarının cürət etmədiyi sözləri, fikirləri deyib.

Aydın Canıyevi həbslə qorxutmaq zurnanın sonuncu dəliyi belə deyil, o, həmişə vətəninə, dövlətinə xidmətində təmənnasız olub, dövlətinə qıymayıb, dövlətini heç vaxt xərcə salmayıb, necə ki son həbsində də dövlət adından qərar çıxaran məhkəməyə etiraz etməyib və dövlət hesabına tutulan vəkildən də imtina edib.

Aydın Canıyev dəfələrlə sübut edib ki, ona kimsənin gücü çatmaz, çünki o, əsl söz adamıdır, silahı sözdür, o, ancaq özü özünə nəsə edə bilər və edir, o, özünü özündən qorumur.

Aydın Canıyev özündən bir az böyük olan hovuza salınmış balinaya bənzəyir (həm də kiçik balıqlar yeməkdən bezmiş balinaya), hərəkətləri onu zədələyir, amma bütün yaralara, zədələrə baxmayaraq o, çırpınır, özünü döyür, hovuza zədə yetirmək istəmir, hovuzu qoruyur. Siz isə hovuzu böyütmək əvəzinə balinanı kiçiltmək istəyirsiniz. Bu isə təbiətə ziddir və mümkün deyil, balina (Aydın) dağılmış hovuz istəmir, o, daha böyük hovuz sevdalısıdır...

Aydın Canıyev Azərbaycanı bütöv görmək istəyən aydınlarımızdan biridir, bunu neçə dəfə aydın şəkildə ifadə edib.

Aydın Canıyev düşmən qabağına çıxan və çıxarıla bilən jurnalistlərdəndir, onu həbs etməklə düşmənləri sevindirməyin.

Aydın Canıyevin həbsinə peşə yoldaşları, dostları susdular. Siz (jurnalistlər) Aydın Canıyevin hansısa hərəkətini təqdir etməyə bilərsiniz, amma həbsinə susa bilməzsiniz və onun həbsinə etiraz etməklə kimsə olmayan qələmini itirməyəcəkdir...

Aydın Canıyev türklərin talışı, talışların türküdür, yəni əsl azərbaycanlıdır. Əsl azərbaycanlı məhbəsdə də dövlətdən, dövlətçilikdəndanışacaq, yazacaq, çünki o, Azərbaycanın bir hissəsidir və o hissəsiz Azərbaycan bütöv olmur.

 

Rejissor, aktyor Rza Rzayev

TƏQVİM / ARXİV