Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi
Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenko Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşüb.
Adalet.az-ın məlumatına görə, görüşdə ərazi bütövlüyünə və suverenliyə hörmət, həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata (GUAM) sədrlik kontekstində təşkilatın Xarici İşlər Nazirləri Şurasının müntəzəm iclasının çağırılması məsələsinə də diqqət yetirilib.
O. Mişenko Azərbaycana, ilk növbədə, Ukraynanın enerji sistemi və mülki infrastrukturun yenidən qurulması üçün göstərilən humanitar yardıma görə ölkəsi adından təşəkkür edib./Report
Digər Xəbərlər
03 Noyabr 2026 19:45
“Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın qiymətli əmanəti kimi qoruyub saxlamalıyıq"
03 Noyabr 2026 19:35
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
03 Noyabr 2026 18:41
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - ADLARI
03 Noyabr 2026 17:46


Bakı -°C

