31 Oktyabr 2025 16:08
115
DÜNYA

Ukrayna Rusiyanın “Oreşnik” raket kompleksini məhv etdi

Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisində üç “Oreşnik” raketindən birini məhv edib.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk mətbuat konfransı zamanı bildirib.

"Biz bunu əvvəllər heç vaxt ictimaiyyətə açıqlamamışıq. Amma deyə bilərik ki, üç "Oreşnik" bölməsindən biri öz ərazisində Ukrayna qüvvələri tərəfindən Kapustin Yarda uğurla məhv edilib. Bu, çox uğurlu missiya olub". 

Qeyd edək ki, “Oreşnik” Rusiya istehsalı eksperimental mobil yerüstü raket sistemi və eyniadlı orta mənzilli ballistik raketdir.