adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2022 12:46
581
HADİSƏ

Unan Tadevosyan: “Kəlbəcərdə itkin düşmüş 63 yaşlı erməni turis...”

Ermənistan mətbuatı 2 gündür, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Kəlbəcər rayonunun Kolətək kəndi ərazisində adı açıqlanmayan Ermənistan vətəndaşının itkin düşməsindən həyəcanla yazırdılar.

Adalet.az SputnikArmenia-ya istinadən xəbər verir ki, 63 yaşlı itkin bu gün tapılıb. Onun tapılması haqqında məlumatı isə Qondarma “Artsax” respublikasının fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyanyayıb. Onun sözlərinə görə, ermən turist Xaçın çayına gedən yolda gəzinti zamanı itmişdi:” Turist artıq tapılıb, Ermənistana təhvil verilib”-deyə bildirib.

P.S. Arzu edirik, mart ayının 2-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğluda tezliklə tapılsın...

Əntiqə Rəşid