UNESCO-ya yeni rəhbər SEÇİLDİ
Misirli Xalid əl-Anani UNESCO-nun baş direktoru seçilib.
Adalet.az xəbər verir ki, o, keçirilmiş səsvermədə 57 səsdən 55-ni toplayaraq qələbə qazanıb və 2025–2029-cu illər dövrü üçün bu vəzifəni icra edəcək.
Onun rəqibi, Konqo Respublikasından Firmen Matoko isə yalnız iki səs əldə edib.
Xalid əl-Ananinin namizədliyi Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası, həmçinin Fransa, İspaniya, Türkiyə, Qabon, Almaniya və Braziliya kimi bir sıra ölkələrin dəstəyi ilə irəli sürülüb.
Xalid əl-Anani misirşünas və siyasi xadimdir. O, 29 dekabr 2019–13 avqust 2022-ci il tarixlərində Misirin turizm və qədim abidələr naziri kimi fəaliyyət göstərib.
UNESCO-nun qaydalarına görə, baş direktor ilkin olaraq dörd il müddətinə seçilir və müddət bir dəfə yenilənə bilər. İcraiyyə Şurası namizədləri qiymətləndirir və yekun təsdiq üçün tövsiyəsini Baş Konfransa təqdim edir.
Digər Xəbərlər
08 Noyabr 2025 11:50
"Trampın hərəkətləri bizim üçün rüsvayçılıqdır" - Bayden
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26


Bakı -°C

