Uydurmalardan ibarət erməni filminin nümayişi də ləğv edildi: İordaniyada
Xatırlayırsınızsa, bir dəfə İordaniya Kral Film Komissiyası erməni rejissor Sarin Ayrapetyanın “Mənim sevimli ölkəm” sənədli filminin “Oscar” mükafatına namizədliyini geri götürdü. İordaniya sözügedən filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oscar” mükafatına təqdim etmək üçün seçmişdi.
Filmdə Qarabağda yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejen adlı erməni uşağın hekayəsindən bəhs edilirdi. Ekran işində həmin uşağın Azərbaycana qarşı döyüşməyə hazırlaşmasından bəhs olunurdu.
Sonra filmin rejissorunun jurnalistlərə açıqlamasında, noyabrın əvvəlində Amerika Film Akademiyasından ərizəmizin ləğv edildiyi barədə elektron məktub aldıqlarını söylədi:" Biz İordaniya Kino Komissiyası ilə əlaqə saxladıq və onlar bizə izah etdilər ki, Azərbaycan İordaniyaya şikayət edib və İordaniya filmi geri götürmək qərarına gəlib.
Uydurma və təxəyyül məhsulu olan böhtan xarakterli həmin erməni filmi haqqında yeni məlumat var.
Adalet.az xəbər verir ki, Azərbaycanlı tələbələrin etirazları və Azərbaycan səfirliyinin səyi ilə Berkeley Universitetində "Mənim şirin ölkəm” filminin nümayişi təxirə salınıb. Bu barədə amerikalı jurnalist Qohar Vəziryan öz Facebook səhifəsində yazıb:"Aprelin 24-də Ermənişünaslığın təşəbbüsü ilə Berkli Universitetində mövzusu Qarabağdan olan "Mənim şirin ölkəm” sənədli filminin nümayişi və müzakirəsi keçirilməli idi. Aprelin 23-də axşam saatlarında bizə e-məktubda film nümayişinin ləğv edildiyi barədə məlumat aldıq.
Ermənişünaslıq fakültəsi və tələbələr üçün bu, həqiqətən də təəccüblü idi. Erməni Araşdırmaları Departamenti azərbaycanlı tələbələrin etirazı və Azərbaycan səfirliyinin səyi nəticəsində universitetin İnsan Hüquqları Mərkəzindən izahat tələb edildiyini açıqlayıb.
P.S. Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov cənablarına postunda ayıq-sayıq durduğu üçün təşəkkür edirik!
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Dekabr 2025 16:57
Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib
10 Dekabr 2025 13:09
Müxlis Cənizadənin xatirə günüdür
10 Dekabr 2025 12:29
Rza Rzayev: “Elə şərtlərlə fəaliyyət göstərəcəklər ki…”
10 Dekabr 2025 09:56
Türk Mədəniyyəti və İrsi Fondu ICESCO ilə memarandum imzaladı
09 Dekabr 2025 18:40
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
09 Dekabr 2025 14:19
Azərbaycan mədəniyyətində niyə dövlətin bütün resursları "Hüseynova bacılarına" xərclənir?
09 Dekabr 2025 13:54
“İnsan Ruhunun Boş Lövhədən Kamilliyə Doğru Səyahəti”
08 Dekabr 2025 13:26


Bakı -°C

