adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 10:49
20
ANALİZ
A- A+

Uzunmüddətli tərəfdaşlıq mexanizmləri

Prezident İlham Əliyevin Vyetnama səfəri yeni siyasi və iqtisadi imkanların meydana gəlməsinə vəsilə olacaq. Vyetnamın Baş naziri Le Minh Hunq və Milli Assambleyanın sədri Çan Tan Man ilə keçirilən görüşlər, , investisiya təşəbbüsləri və uzunmüddətli tərəfdaşlıq mexanizmləri ilə zənginləşdirməkdən ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində də ölkələrimiz arasında olan münasibətlərə toxunub, əlaqələrin inkişaf perspektivlərindən danşıb: “Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.

Azərbaycan ərazi bütövlüyü, ölkəmizin suverenliyi və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində göstərilən dəstəyə, həmçinin 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır.

Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir”.

İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı bildirib ki, əlaqələr ardıcıl şəkildə inkişaf edir:  “2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir. Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb.

Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub.

Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək”.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı