Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi

Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları saxlanılan erməniəsilli şəxslərə baş çəkiblər. Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüşü keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən qeyd edilib.
Bildirilib ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.
"BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə əlavə ediblər.
Qeyd edək ki, bir sıra erməni KİV-lərində iyul ayında Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryanın ailəsinə yenə məktub göndərdiyi bildirilir. Bu barədə sözügedən şəxsin qızı məlumat verib.
Xaçatryanın qızı qeyd edib ki, atasının hazırda dərman qəbul etdiyini öyrəniblər.
"Deyirlər səhhəti normaldır. Qırmızı Xaçın nümayəndələri ayda 1 dəfə atama baş çəkirlər" - deyə o, əlavə edib.
Xatırladaq ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.
Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Digər Xəbərlər
31 Oktyabr 2025 21:07 MƏHKƏMƏ: Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatdı - FOTOLAR
31 Oktyabr 2025 19:27 DTX tərəfindən saxlanılan Vüqar Məmmədovla bağlı qərar verildi
31 Oktyabr 2025 19:17 İslam Rzayev bu cinayətlərdə ittiham olunur - QƏRAR VERİLDİ
31 Oktyabr 2025 17:53 Meşəbəyi rüşvətə görə HƏBS EDİLDİ
31 Oktyabr 2025 15:34 Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir
30 Oktyabr 2025 14:27 Məhkəmədə Tovuz döyüşlərindən sonra lentə alınmış videomaterial nümayiş etdirilib
29 Oktyabr 2025 16:28 Elton Məmmədov Baş Prokurorluğa çağırıldı - Rəsmi xəbərdarlıq
28 Oktyabr 2025 12:07 

Bakı -°C 






