Məhkəmə Vardanyanla bağlı QƏRAR VERDİ - YENİLƏNİB
Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan haqda seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.
Adalet.az xəbər verir ki, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına Səbail Rayon Məhkəməsində baxılır.
Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti daha 5 ay uzadılıb.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.
Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.
Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi. APA
***
Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barədə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Adalet.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.
Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.
Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.
Digər Xəbərlər
08 Yanvar 2026 11:20
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
07 Yanvar 2026 13:23
Nəzrinin ölümünə görə həbs olunan həkim Sənan Mehdiyev cəzadan azad edildi
06 Yanvar 2026 17:37
Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verildi
05 Yanvar 2026 10:59
Ərəstun Oruclunun məhkəməsi başladı
27 Dekabr 2025 13:13
"Ədalətli məhkəmə həm də vəkil fəaliyyəti ilə mümkündür" - İnam Kərimov
26 Dekabr 2025 21:00
Ermənilərin məhkəməsində məhkəmə baxışı BAŞA ÇATDI
26 Dekabr 2025 17:11
Orduxan Teymurxan, Qurban Məmmədov və digərlərinə hökm oxundu
26 Dekabr 2025 16:30


Bakı -°C

