Vasif Quliyevin "Xankəndi" kitabı
«Ədalət»in oxucuları, eləcə də Azərbaycanın ədəbi mühiti, yazıçı-publisist, araşdırmaçı Vasif Quliyevin imzasını yaxşı tanıyır. Elə buradaca vurğulayım ki, 1988-ci ildən bu günə qədər Qarabağın tarixinin ədəbiyyatının öyrənilməsində, araşdırılmasında ən böyük haqqı olan ziyalılarımızdan biri məhz Vasif Quliyevdir. Mənə görə o, Qarabağda haqqı olan ziyalımızdır. Çünki bütün həyatını arxivlərə, tarixə və Qarabağa həsr edibdir.
Onun 2023-cü ilin sonlarında «Şuşa qalası» (şəhərin yaranması) adlı kitabı işıq üzü görmüşdür. 9 dildə çap olunan və «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı»nın Tədbirlər Planının 3-cü prioritet istiqamətinin layihəsi çərçivəsində hazırlanan bu kitab böyük maraqla qarşılanmışdı. Məhz həmin layihənin davamı kimi bugünlərdə Vasif Quliyev «Xankəndi» kitabını da ədəbi ictimaiyyətə təqdim edibdir. Kitab «Şuşa qalası» kitabı kimi 9 dildə çapa təqdim olunub.
Artıq 3 dildə çap olunmuş versiya oxucuların ixtiyarına verilibdir. Kitabda əsas məqsəd Xankəndinin kimə aid olduğunu, kimin tərəfindən salındığını və bütövlükdə Xankəndi barəsində müfəssəl, amma hər kəsin qəbul edə biləcəyi bilgilərlə zəngindir. Kitaba əlavə edilmiş xəritələr, portretlər, özü-özlüyündə bu qədim yurdun sözün məcazi mənasında həm də doğum şəhadətnaməsidir. Çünki Pənahəli xanın, İbrahim xanın və buradakı dövrünə aid xəritə və şəkillərin özləri oxucu ilə ünsiyyət qurmaq, özünü təqdim etmək qabiliyyətindədir.
Göründüyü kimi, dəyərli həmkarımız, yazıçı-publisist, araşdırmaçı Vasif Quliyev bu dəfə də bizi öz yaradıcılıq uğuru ilə sevindirə bilibdir. Uğurların tükənməsin, Vasif Quliyev!
Əbülfət Mədətoğlu
Digər Xəbərlər
25 May 2026 13:00
Səkkiz martdan əvvəlin və sonranın statusları - Pərvanə Bayramqızı yazır
25 May 2026 09:45
Qələm olanlarla qələmin olanlar - Pərvanə Bayramqızı yazır
25 May 2026 09:43
Aysel Nəsirzadənin imza günü keçirildi
24 May 2026 20:32
Əbülfət Mədətoğlu oxucularla görüşdü - VİDEO
23 May 2026 13:51
Vətəndən Vətənə: Türk dünyası ziyalılarının Özbəkistan görüşündən səfər qeydləri
22 May 2026 14:28
Biz kimik, Azərbaycan xalqımı, sovet xalqımı? Hər ikisimi, heç birimi?
21 May 2026 21:36
İşıqdan-işığa yol gedir insan - Sabir Rüstəmxanlının şeirləri
21 May 2026 21:23


Bakı -°C

