Xaçatryanın Rusiyada qeyri-adi sərgüzəti: 150 avtomobili...
Nijni Novqorodda Sahak Xaçatryan adlı şəxs erməni əhalini barmağına dolayıb.
Adalet.az xəbər verir ki, o, 150 avtomobil icarəyə götürüb və sonra həmin maşınları dəyər-dəyməzinə satıb. Beləki, Sahak avtomobilləri hər birini 3300-5500 dollara satdı Halbuki onların hər birinin bazar dəyəri təxminən 22-33.000 dollardı.
Əvvəlcə şirkətlərin etibarını qazanaraq icarə haqqını vaxtında ödəyib, amma sonradan ödənişləri dayandıraraq bütün maşınları sürətlə satmağa başlayır.
Rusiya mənbələrinin məlumatına görə, həmin şəxs əvvəllər də dələduzluqda təqsirli bilinib. Zərərçəkənlərin müraciətlərinə baxmayaraq, polis hələ də cinayət işi açmaqdan imtina edir.
Qeyd edək ki, 2023-cü ildə Rusiyanın Soçi şəhərində bir qrup erməni dələduz 4 nəfərdən (qadın iki övladı və II qrup əlil anası - red.) ibarət ailəni evindən qovdular.
Ailə bir müddət əvvəl rəsmi müqavilə ilə ermənilərdən ev almışdı. Ermənilər sonradan sənədi etibarsız saymaq üçün məhkəməyə və Rusiya Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmətinə müraciət etdilər. Ailə ilk məhkəməni uduzur, lakin sonradan məlum olur ki, rieltor da ermənilərlə əlbir olub.Bundan əlavə, həmin ermənilərdən biri sözügedən xidmətdə işləyir. Bütün bunların sayəsində digər məhkəmələr dələduzları müdafiə etdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 17:34
İtkin düşən balıqçıların axtarışı davam etdirilir - VİDEO
13 Dekabr 2025 15:58
Şirvanda hamamda yıxılan qadın öldü
12 Dekabr 2025 19:09
Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından ZƏHƏRLƏNDİ
12 Dekabr 2025 12:57
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
12 Dekabr 2025 09:58
Bakıda qəza güclü yanğına səbəb oldu - VİDEO - YENİLƏNİB
11 Dekabr 2025 17:37
Bacısının yasından qayıdırdı, digər bacısının da həyatına son qoydu
11 Dekabr 2025 15:23
İtkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olundu
11 Dekabr 2025 14:10


Bakı -°C

